Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / X planetinin mövcudluğu barədə yeni kəşflər edilib

X planetinin mövcudluğu barədə yeni kəşflər edilib

06.09.2021 [14:09]

“Yeniazerbaycan.com” Rusiyanın “Lenta.ru” portalına istinadən xəbər verir ki, ABŞ astronomları Günəş sistemində hipotetik doqquzuncu (X) planetin varlığına dair yeni sübutlar aşkarlayıblar. Onlar təsdiq ediblər ki, Koyper kəməri cisimlərinin orbitinin klasterləşməsi müşahidənin sistematik səhvlərinin nəticəsi deyil, bu, həqiqətən də kəşf edilməmiş kütləvi bir cisim və ya X planetindən qaynaqlana bilər.

Yeni elmi kəşfin müəllifləri əvvəl ehtimal edilən məlumatları da nəzərə alıblar. Lakin buna baxmayaraq, orbitin klasterləşdirilməsi statistik olaraq qeyri-adi haldır. Bunun təsadüf nəticəsində yaranması ehtimalı cəmi 0,4 faizdir. Bu da tədqiqatçılara doqquzuncu planetin ehtimal olunan orbitinin yerini təyin etməyə imkan verib. Bununla da X planetinin Günəşə əvvəlcə güman edildiyindən bir qədər yaxın olması faktı ortaya çıxıb. 

Bununla yanaşı, sayt yazır ki, əgər X planeti mövcuddursa, 2022-ci ildə fəaliyyətə başlayacaq Vera Rubin rəsədxanası tərəfindən onun tam və qəti şəkildə aşkarlanması gözlənilir.

Xatırladaq ki, hələ 2016-cı ildə amerikalı astronomlar Maykl Braun və Konstantin Batiqin Koyper kəməri cisimlərinin orbitinin statistik paylanmasını araşdıraraq nəticəyə gəliblər ki, klasterləşmə hələ kəşf edilməmiş bir xarici planet tərəfindən törədilə bilər. Hesablamalara görə, bu cisim Yer kürəsinin kütləsindən 5 dəfə ağırdır və Neptuna nisbətən Günəşdən təxminən on dəfə daha uzaqdır.

Paylaş
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31