Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Ağdam rayon təşkilatının XI hesabat konfransı keçirilib

YAP Ağdam rayon təşkilatının XI hesabat konfransı keçirilib

06.09.2021 [15:39]

Sentyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.

Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, bu gün öz sıralarında 760 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Bu gün cənab Prezdent İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsini yaşayır və Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatına çevirilib.

A.Əliyev qeyd edib ki, hazırda YAP Ağdam rayon təşkilatı 66 ərazi ilk partiya təşkilatında 6942 üzvü birləşdirir. Onların 3120 nəfəri qadınlar, 1568 nəfəri isə gənclərdir.

Sonra YAP Ağdam rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun üzvü Elməddin Abbasovun hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, YAP Ağdam rayon təşkilatı Qadınlar Şurasının sədri Mətanət Misirxanova, rayon təşkilatı Gənclər Birliyinin sədri Rauf Bəxtiyarlı, rayon təşkilatı Rayon Mərkəzi Xəstəxanası ərazi ilk partiya təşkilatının sədri Bəhram Qurbanov hesabat dövründə görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli, ölkəmizin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi YAP-ın inkişafında da yeni mərhələ başladı. Həmin dövrdə YAP-ın qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı və YAP bu missiyanı yüksək səviyyədə şərəflə yerinə yetirə bildi. Ona görə də Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelərini get-gedə daha da möhkəmləndirir, insanların bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir.

Ə.Tağıyev vurğulayıb ki, bu gün Azərbaycan tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsindən alnıaçıq çıxan Azərbaycan dövləti 30 illik işğala son qoyaraq bölgədə və dünyada yeni reallıqlar yaradıb. İndi isə bu yeni reallıqlara uyğun qarşımızda yeni çağırışlar, vəzifələr durur.

Ə.Tağıyev YAP Ağdam rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Ağdam rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Paylaş
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31