Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avropa İttifaqının komissarı Türkiyədə səfərdədir

Avropa İttifaqının komissarı Türkiyədə səfərdədir

06.09.2021 [15:56]

Sentyabrın 6-da Avropa İttifaqının (Aİ) Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhelyinin Türkiyəyə işgüzar səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, Aİ nümayəndəsinin ilk görüşü Türkiyənin ticarət naziri Mehmet Muşla olub. Görüş əsnasında Aİ ilə Türkiyə arasında ticarət əlaqələrinin imkanları və problemləri müzakirə olunub.

İkigünlük səfər ərzində Oliver Varhelyi Türkiyənin xarici və daxili işlər nazirləri, habelə digər yüksək səviyyəli şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə Türkiyə-Aİ münasibətlərinin bütün aspektləri müzakirə olunacaq.

Bundan əlavə, komissarın Ankaranın Altındağ bölgəsində Aİ tərəfindən maliyyələşdirilən miqrant sağlamlıq mərkəzini ziyarət edəcəyi gözlənilir.

Paylaş
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31