Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Reza Deqati Füzuli Hava Limanının istismara verilməsi barədə sosial mediada paylaşım edib

Reza Deqati Füzuli Hava Limanının istismara verilməsi barədə sosial mediada paylaşım edib

06.09.2021 [16:40]

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati öz sosial media hesabında Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsini əks etdirən videogörüntü paylaşıb.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Reza Deqati video ilə bağlı şərhində qeyd edib: "...Burada Qarabağın azad edilməsindən sonra inanılmaz bir hadisənin şahidi oldum. Yoxdan hava limanı tikirlər!"

Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayan fotojurnalist işğaldan azad edilmiş ərazilərdə vandalizmə məruz qalan tarixi abidələrin aqibətini, eləcə də Qarabağda hazırki quruculuq fəaliyyətini əks etdirən fotoçəkilişlər həyata keçirir. Həmin görüntülər Reza Deqatinin ADA Universiteti ilə birgə həyata keçirdiyi "Soul of Karabakh" ("Qarabağın ruhu") layihəsi çərçivəsində hazırlanan veb-saytda və broşürlərdə əksini tapacaq.

Reza Deqatinin paylaşdığı video ilə burada tanış olmaq mümkündür:

https://bit.ly/3lfjkZZ

Paylaş
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31