Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəhid Rüfət Əsgərov doğum günündə yad edilib

Şəhid Rüfət Əsgərov doğum günündə yad edilib

06.09.2021 [16:49]

Bu günlərdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digərləri şəhid mayor Rüfət Mürvət oğlu Əsgərovun doğum günündə ailə üzvləri ilə birgə şəhidin II Fəxri Xiyabandakı məzarını ziyarət edərək, qəbrinin üstünə gül dəstələri düzmüşlər.

YAP Suraxanı rayon təşkilatının sədri V.Seyidov ziyarət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə və qazilərə olan münasibətinin hər bir vətəndaş üçün örnək olduğunu ifadə edib. Ali Baş Komandanın azad olunmuş rayon və şəhərlərə səfərlərini xüsusi qeyd edən YAP Suraxanı rayon təşkilatının sədri deyib ki, dövlət başçısının bəyanatları, dünya mətbuatına verdiyi müsahibələri qələbəmizin qorunub saxlanmasına xidmət edir. 

Çıxış edən ictimai xadimlər, rayon sakinləri, şəhidin əzizləri və yaxınları Rüfətin nümunəvi zabit kimi ailəsinə, Vətəninə, xalqına bağlı olduğunu bildirmişlər. Çıxışlar zamanı Rüfət Əsgərovuntəcrübəli kəşfiyyatçi kimi göstərdiyi xidmətlərin döyüş yoldaşlarına və yeni yetişən gənclərə nümunə olduğu ifadə olunub. 

Ziyarətin sonunda çıxış edən şəhidin atası Mürvət Əsgərov tədbirdə iştirak edənlərə, göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhid mayor Rüfət Əsgərov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Paylaş
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31