Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azər Badamov: Qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının dünyadakı mənfi tendensiyalardan qorunmasına imkan verir

Azər Badamov: Qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının dünyadakı mənfi tendensiyalardan qorunmasına imkan verir

06.09.2021 [16:58]

Ölkənin sənayeləşməsi iqtisadiyyatı sürətli inkişafa aparan və onun rəqabətqabiliyyətliliyini artıran əsas istiqamətdir. Məhz sənayenin inkişafı iqtisadiyyatın neftdən asılılığının aradan qalxmasına, o cümlədən müasir innovasiyalı texnoloji sahələrin açılmasına və işsizliyin azalmasına imkan verir. Prezident İlham Əliyevin imzaladığı Dövlət proqramlarına uyğun olaraq ölkəmizdə sənayenin inkişafına xidmət edən sənaye parklarının və sənaye məhəllələrinin yaradılması prosesi sürətlənib. Həmin sənaye zonalarında sahibkarların fəaliyyəti üçün dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Belə ki, sənaye zonalarında lazımi bütün infrastruktur yaradılır, yeni fəaliyyət sahələrinin (işləməsi) üçün uzunmüddətli güzəştlər tətbiq olunur. Məsələn, sənaye parkında rezident statusunu almış hüquqi şəxslər qeydiyyata alındığı tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və mənfəət vergisindən, istehsal məqsədləri ilə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il gömrük rüsumlarından azad olunurlar. Bu da həmin zonalara investisiyaların yatırılması üçün cəlbediciliyi artırır. Sənaye parkları və sənaye məhəllələri güzəştli fəaliyyət sahələri olduğuna görə bu günə qədər yaradılmış 6 sənaye parkına 6 milyard manatdan artıq, sənaye məhəllələrinə isə 100 milyon manata yaxın investisiya yatırılıb. Bu da 10 mindən çox iş yerinin yaradılması deməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat deyib ki, ölkəmizin sənayeləşməsi siyasəti dünya iqtisadiyyatı üçün çətin qlobal pandemiya dövründə də uğurla inkişaf etməkdədir. Belə ki, bu ilin birinci yarısında ölkəmizin qeyri-neft sənayesində 16,4 faiz artımın əldə olunması dövlət başçısının ölkənin sənayeləşmə siyasətinin uğuru hesab etmək olar.

“Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə qeyri-neft sənayesinin inkişafında həlledici rol oynayır. Həmin sənaye parkı 583,5 hektar ərazidə yaradılıb. Orada fəaliyyət göstərməsi üçün 24 rezident qeydiyyatdan keçib. Onlardan 17-sı fəaliyyətə başlayıb. Bu ilin birinci yarısında Sumqayıt Sənaye Parkında istehsalın 49, ixracın isə 47 faiz artmasını sənaye parklarının uğurlu nəticəsi kimi qeyd etmək olar”, - deyə A.Badamov bildirib.

O qeyd edib ki, ölkəmizdə daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarımızı genişləndirən yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır. Sentyabrın 3-də Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında açılışını etdiyi “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyəti belə müəssisələrdən biridir. Həmin sənaye müəssisəsində 30 min ton akkumulyatoru utilizasiya etməklə 15 min ton qurğuşun və 4,5 min ton gübrə almaq mümkündür. Açılışı edilmiş müəssisədə 100 daimi iş yerinin yaradılması və istehsal olunacaq məhsulların ixracyönümlü olması nəzərdə tutulub. İstifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyasının təşkili həm də xüsusi əhəmiyyətli ekoloji layihədir.

“Ümumiyyətlə, sənaye parklarında istehsal olunan məhsullar, ilk növbədə, ölkə tələbatının ödənilməsinə hesablanıb. Tələbatının ödənilməsi həmin məhsulların idxalının aktuallığını aradan qaldırır ki, bu ölkədən valyuta axınını azaldır. O cümlədən, istehsal olunan məhsulların əsasən ixrac edildiyini də nəzərə alsaq, nəticədə ölkəyə əlavə valyutanın daxil olduğunu görərik. Məhz qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının möhkəmlənməsinə və dünyada baş verən iqtisadi tənəzzüllərdən qorunmasına imkan verir. Ölkəmizdə neft sektoru hər zaman iqtisadiyyatın aparıcı qüvvəsi olub. Lakin Prezidentin iqtisadiyyatın şaxələndirilməsi siyasəti ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasına xidmət edir. Son illərin göstəriciləri bir daha bunu əyani şəkildə sübut edir”, - deyə A.Badamov fikirlərini yekunlaşdırıb.

Paylaş
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31