Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vaksinasiya ilə yanaşı, bütün qaydalara ciddi riayət olunmalıdır

Vaksinasiya ilə yanaşı, bütün qaydalara ciddi riayət olunmalıdır

07.09.2021 [09:04]

Son günlər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayındakı sürətli artım ciddi narahatlıq doğurur. Mütəxəssislərin fikrincə, vaksinasiyanın kütləvi şəkildə aparılması və ardıcıl olaraq davam etdirilməsi yoluxma zəncirinin qırılması baxımından olduqca əhəmiyyətlidir. Vaksinasiya ilə yanaşı, bütün qaydalara mütləq şəkildə riayət olunması çox vacibdir.
Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev açıqlamasında COVID-19-a qarşı mübarizədə vaksinasiyanın əhəmiyyətini diqqətə çatdırıb: “Bütün Avropa dövlətlərində, eləcə də yaxın qonşularımızda və ölkəmizdə koronavirusla xəstələnmə halları artıb. Bunun neçənci dalğa olmasının fərqi yoxdur. Gözümüzün qarşısında xəstələnmə və yoluxma halları baş verir. Eyni zamanda, xəstəliyin gedişində müəyyən dəyişikliklər meydana çıxır. Əvvəllər hesab edirdik ki, xəstəlik ancaq yaşlı və yanaşı xəstəliyi olan insanlarda daha ağır keçir. İndi isə gənclərdə bu xəstəliyin ağır, uzunmüddətli qızdırma ilə müşayiət olunan formalarına rast gəlinir. COVID-19-dan qorunmağın və xəstəliyi yüngül keçirməyin ən etibarlı vasitəsi vaxtında vaksinasiyadan keçməkdir”.
C.İsayev koronavirusa qarşı mübarizədə hər kəsi diqqətli olmağa çağırıb: “Kimsə özündə virusun cüzi əlamətini hiss edərsə, mütləq müayinə olunmalı, xəstəlik aşkar olunarsa, cəmiyyətdən təcrid olunmalıdır”.
O qeyd edib ki, vaksinin əsas üstünlüyü xəstəliyin yüngül keçməsini təmin etməsidir. Peyvəndlənəndən sonra da bütün qoruyucu vasitələrdən istifadə etməyin vacibliyini vurğulayan mütəxəssis pandemiya dönəmində tibbi maskadan istifadə, ara məsafəni saxlamaq və əl gigiyenasına əməl etmək kimi üç “qızıl qayda”nın zəruriliyini xatırladıb.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31