Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qabil Hüseynli: Qüdrətli Azərbaycan Ordusu 44 günlük müharibədə qələbə qazanaraq tarix yazıb

Qabil Hüseynli: Qüdrətli Azərbaycan Ordusu 44 günlük müharibədə qələbə qazanaraq tarix yazıb

07.09.2021 [09:11]

“Qüdrətli Azərbaycan Ordusu 44 günlük müharibədə qələbə qazanaraq tarix yazıb. Canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edən Silahlı Qüvvələrimizin hər bir üzvü ən gözəl sözlərə layiqdir. Təbii ki, dövlət də şəhid ailələrindən, qazilərimizdən diqqət və qayğısını əsirgəmir. Bu diqqət və qayğı gündən-günə artır. Vurğulamaq lazımdır ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilib. Eyni zamanda, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən 7200 avtomobil verilib. Bu, bir daha dövlət tərəfindən aparılan uğurlu siyasətin sosial mahiyyətini əks etdirir”.
Bu fikirləri politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, atılan addımlar bir daha dövlətimizin gücünü, qüdrətini göstərir. “Cənab Prezident İlham Əliyev avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında bildirdi ki, “bu sahədə Azərbaycan dünya miqyasında nümunəvi ölkə sayıla bilər. Çünki bir daha demək istəyirəm ki, bu günə qədər 10 minə yaxın vətəndaş mənzillərlə, fərdi evlərlə təmin edilib. Biz hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayırırıq ki, bu məsələlər öz həllini tapsın və növbəti müddət ərzində bu proqram tam icra olunacaq”. Bilindiyi kimi, cənab Prezidentimizin müvafiq Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər də mənzillərlə təmin ediləcək. Bütövlükdə, şəhidlərimizin ailələrinə, qazilərimizə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsi təqdirəlayiqdir”, - deyə Q.Hüseynli əlavə edib.
PƏRVİZ

Paylaş
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31