Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Abutalıb Səmədov: Füzuli hava limanının qısa müddətdə istismara verilməsi Böyük Qayıdışın həyata keçirilməsinə önəmli töhfə olacaq

Abutalıb Səmədov: Füzuli hava limanının qısa müddətdə istismara verilməsi Böyük Qayıdışın həyata keçirilməsinə önəmli töhfə olacaq

07.09.2021 [09:12]

“Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2021-ci ilin yanvarında işğaldan azad edilən Füzuli rayonunda beynəlxalq hava limanının tikintisi barədə Sərəncam imzalayıb. Hava limanının ilin sonuna kimi tamamlanması planlaşdırılsa da, artıq avqust ayında uçuş-enmə zolağı hazır vəziyyətə gətirilib. İlk sərnişin və yük təyyarələrini qəbul edən hava limanının sentyabrın sonuna qədər tam təhvil verilməsi planlaşdırılır”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.
A.Səmədov deyib ki, strateji baxımdan son dərəcə mühüm əhəmiyyətə malik olan Füzuli hava limanının qısa müddətdə istismara verilməsi Böyük Qayıdışın həyata keçirilməsinə önəmli töhfə olacaq: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərini nəhəng tikinti meydanına çevirərək böyük sürətlə yenidənqurma və bərpa işləri aparması, bu layihələrə dünyanın tanınmış şirkətlərini cəlb etməsi mühüm uğurdur. Bu faktlar onu göstərir ki, hərb meydanında möhtəşəm qələbə qazanan dövlətimiz, həmçinin bütün dünyada nüfuzunu daha da artırıb”.
“Şübhə yoxdur ki, istifadəyə verilən hava limanları həm Azərbaycanın regionda hərbi, iqtisadi qüdrətinin artmasına, həm də Böyük Qayıdış layihəsinin sürətlə həyata keçirilməsinə imkan verəcək. Sözsüz ki, dövlətimiz öz Zəfər yoluna sadiqliyini bundan sonra da nümayiş etdirəcək. Yeni hava limanları, yollar, müəssisələr sürətlə inşa olunacaq, “Ağıllı şəhər” və “Ağıllı kənd” və digər layihələr yerinə yetiriləcək. Bir sözlə, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına daxil olan yaşayış məntəqələri yüksək səviyyədə qurulacaq”, - deyə partiya sədri bildirib.
Qaşqay RAMAZANOV

Paylaş
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31