Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əsli Kazımova: Şuşa yenilənir, dirçəlir, gözəlləşir

Əsli Kazımova: Şuşa yenilənir, dirçəlir, gözəlləşir

07.09.2021 [09:14]

“44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, 30 ilə yaxındır ki, ayrı düşdüyümüz torpaqlara qovuşmağımızı da təmin etdi. Erməni vandallarının vəhşiliyi nəticəsində yurdlarımız, rayon və kəndlərimiz, şəhərlərimiz tamamilə dağıdılıb, xarabalığa çevrilib. Tarixi abidələrimiz dağıdılıb, oradan xalqımıza məxsus izlərin silinməsinə cəhdlər göstərilib. Prezident İlham Əliyev Şuşa şəhərində Vaqif Poeziya Günlərinin açılışındakı çıxışında bildirdi ki, ermənilər nə qədər çalışalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər. Bəli, düşmənin bu cəhdləri heç bir işə yaramadı. Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etməklə həm də tarixi abidələrimizi xilas etdi”.
Bu fikirləri Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, erməni vandalları Azərbaycan xalqına məxsus olan, xalqımızın zəngin mədəniyyətini özündə əks etdirən abidələrimizi saxtalaşdırmaq, erməniləşdirmək istəyiblər: “Erməni vandalları Qarabağın incisi olan Şuşanı da dağıtmışdılar. Amma artıq bütün bunlar arxada qaldı. Bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri aparır. Şuşanın tarixi abidələrinin bərpası prosesi davam etdirilir. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi, Şuşada yerləşən məscidlərimizdə bərpa-quruculuq, üç məsciddə təmir-bərpa işləri görülür. Bir sözlə, Şuşa yenilənir, dirçəlir, gözəlləşir. Prezident İlham Əliyev də bildirdi ki, “bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”. Bəli, Azərbaycan dövləti rayonlarımızı, kənd və şəhərlərimizi bərpa etdiyi kimi, milli keçmişimizin izlərini özündə əks etdirən tarixi abidələrimizi də bərpa edəcək”.
PƏRVİZ

Paylaş
Baxılıb: 73 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31