Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sübut Əsədov: Dövlət başçısının Sumqayıta son səfəri müxtəlif sahələrdə ölkəmizdə əldə edilən uğurları bir daha ortaya qoyub

Sübut Əsədov: Dövlət başçısının Sumqayıta son səfəri müxtəlif sahələrdə ölkəmizdə əldə edilən uğurları bir daha ortaya qoyub

07.09.2021 [09:16]

“Son 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı inkişafın təmini, həmçinin qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi məqsədilə xüsusi proqram və layihələr uğurla icra olunur. Həmin istiqamətdə görülən işlərə regionlarda yeni istehsal müəssisələrinin, sənaye parkları və məhəllələrinin yaradılmasını da aid etmək olar. Ümumiyyətlə, dövlət başçısının Sumqayıta son səfəri müxtəlif sahələrdə ölkəmizdə əldə edilən uğurları bir daha ortaya qoyub”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Partiya sədrinin sözlərinə görə, dövlətimizin sosial-iqtisadi siyasəti Azərbaycanın hər bir regionunda bütün sahələrin inkişafına hesablanıb: “Dövlət başçısının Sumqayıt şəhərinə səfəri bir daha göstərdi ki, son vaxtlar işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə xüsusi önəm verilsə də, ölkəmizdə bütün regionlarda davamlı inkişafın təmin edilməsi daim diqqət mərkəzindədir. Belə ki, pandemiyanın dünya iqtisadiyyatına ciddi mənfi təsirlərinə rəğmən, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişaf proqramları uğurla həyata keçirilir”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bəhs olunan səfər zamanı “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının, Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin açılışını həyata keçirməsi ölkəmizdə sənayeləşmə prosesinin ardıcıl davam etdirildiyini göstərir: “Eyni zamanda, həmin müəssisələrdə xeyli sayda vətəndaşımızın işlə təmin olunması mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində Sumqayıt Məhkəmə Kompleksinin açılış mərasiminin baş tutması, Prezidentin şəhərdəki 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olması da xüsusi önəm kəsb edir”.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31