Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bu gün Azərbaycan millisi Portuqaliya yığmasını qəbul edəcək

Bu gün Azərbaycan millisi Portuqaliya yığmasını qəbul edəcək

07.09.2021 [10:58]

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, millimiz A qrupundakı beşinci oyununda Portuqaliya yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşü italiyalı FIFA referisi Marko Quida idarə edəcək. Ona yan xətt hakimləri Filippo Meli, Alessandro Kostanzo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Fabio Mareska yerinə yetirəcək.

Azərbaycan millisi oyuna ciddi itkilərlə çıxacaq. Maksim Medvedev və Rüstəm Əhmədzadə zədə, Anton Krivotsyuk isə cəza səbəbindən matçı buraxacaq. Qonaqlarda isə Kriştiano Ronaldo cəzalı olduğu üçün Bakıya gətirilməyib.

Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.

Paylaş
Baxılıb: 64 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31