Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələrə COVID-19 əleyhinə peyvənd vurulacaq

Xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələrə COVID-19 əleyhinə peyvənd vurulacaq

07.09.2021 [11:03]

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə istisna hallarda yeni növ koronavirus (COVID-19) xəstəliyi əleyhinə mRNT “Pfizer” peyvəndinin vurulacağı məlum olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, istisna hallar dedikdə xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələr nəzərdə tutulur.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TİBBİ Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin qərarına əsasən, Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə koronavirus əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Vaksinasiya mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Paylaş
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31