Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Uşaqlar üçün yeni növ koronavirusun təhlükə səviyyəsi müəyyən edilib

Uşaqlar üçün yeni növ koronavirusun təhlükə səviyyəsi müəyyən edilib

07.09.2021 [15:00]

“Yeniazerbaycan.com” Rusiyanın “Lenta.ru” portalına istinadən xəbər verir ki, ABŞ-da yeni növ koronavirusun "delta" variantının üstünlük təşkil etməsindən sonra COVID-19 olan uşaqların xəstəxanaya yerləşdirilmə sayı çoxalıb. Lakin yeni tədqiqatlar yeni növün daha təhlükəli və xəstəliyin daha ağır formada təzahürü ilə bağlı qorxularının əsassız olduğunu göstərir. 

Belə ki, saytın “medicalxpress.com”un materialına əsasən, hazırladığı xəbərə görə, ABŞ Xəstəliklərə nəzarət və onların qarşısının alınması mərkəzinin mütəxəssisləri 1 mart 2020-ci il 14 avqust 2021-ci il tarixləri arasında ölkə əhalisinin təxminən 10 faizini əhatə edən tibbi qeydləri təhlil ediblər. Bu müddətə bu günə qədər ən yoluxucu hesab edilən "Delta" variantının (ştamının) ortaya çıxmasından əvvəlki dövr və 20 iyundan başlayaraq dominant olmasından sonrakı dövr daxildir.

Araşdırma zamanı məlum olub ki, 0-17 yaş arası uşaqların həftəlik xəstəxanaya yerləşdirilməsi 12 iyundan 3 iyuladək olan dövrdə ən aşağı olub: 100 min nəfərə 0,3, sonra isə həftədə 100 minə 1,4-ə yüksəlib. Əvvəlki araşdırmalara görə, 12-17 və 0-4 yaş arası uşaqlar 5-11 yaşlı uşaqlara nisbətən COVID-19 xəstəlyinə görə xəstəxanaya yerləşdirmə riski daha yüksəkdir. Bununla birlikdə, "Delta" variantının ortaya çıxmasından əvvəlki dövr üçün 3116 xəstəxana qeydini araşdırdıqdan və yeni ştamın yayılması zamanı 164 qeydlə müqayisə etdikdən sonra ağır simptomları olan uşaqların faizinin çox da fərqlənmədiyi və statistik əhəmiyyət daşıyan səviyyəyə çatmadığı məlum olub. 

Bundan əlavə, tədqiqatçılar 20 iyun-31 iyul 2021-ci il tarixləri arasında peyvənd edilməmiş yeniyetmələrin vaksin olunmuş uşaqlara nisbətən on dəfədən çox xəstəxanaya yerləşdirildiyini təyin ediblər. Bu nəticələr, peyvəndin yeni dalğalar səbəbindən xəstəxanaya qəbulu azaltmaqda təsirini sübut edib.

Beləliklə, yeni növ koronavirusun "Delta" ştamının alimlərin güman etdiyi qədər təhlükəli olmadığı ortaya çıxıb.

Paylaş
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31