Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Payızda qidalanma üçün vacib olan məhsullar hansılardır?

Payızda qidalanma üçün vacib olan məhsullar hansılardır?

07.09.2021 [15:46]

“Yeniazerbaycan.com” Rusiyanın “Lenta.ru” portalına istinadən xəbər verir ki, Rusiyanın qidalanma üzrə mütəxəssisləri payızda insanların qida rasionuna daxil edilməli olan məhsulların hansılar olduğunu açıqlayıblar. Belə ki, dietoloq, qidalanma üzrə mütəxəssis İrina Pisareva və dietoloq, Rusiya Milli Dietoloqlar Assosiasiyasının üzvü Natalya Kruqlova payızda qidalanma üçün vacib olan məhsulları sadalayıblar. 

Məsələn, İ.Pisareva sitrus meyvələri yeməyi məsləhət görür. Çünki bu meyvələrdəki efir yağları əhval-ruhiyyəni yaxşılaşdırır. Bundan əlavə, dietoloqun sözlərinə görə, qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqlarda olan sağlam yağlarla qidalanmaq lazımdır. Mütəxəssis, həmçinin mövsümi meyvə və tərəvəzləri də unutmamağa çağırıb.

Öz növbəsində, N.Kruqlova balqabaq yeməklərini qidalanmaya daxil etməyi tövsiyə edir. Çünki balqabaq beta-karotin və A vitamini ilə zəngindir: “Balqabaq, eyni zamanda, alma, ərik, şaftalı, xiyar, pomidor və şirin bolqar bibəri yoluxucu xəstəliklərin qarşısının əlverişli şəkildə alınması üçün mühüm qidalardır”. Onun sözlərinə görə, tərəvəz və meyvələri təkcə qida kimi faydalı deyil, onlar həm də lazım olan antioksidantlar və qida liflərini özündə ehtiva edir.

Qidalanma üzrə mütəxəssis payızda artıq çəki riskinə görə də xəbərdar edir. Çünki həmin tendensiya havanın pisləşməsi ilə əlaqədar olur: “Hava dəyişir və insanlar bu müddət ərzində əhvallarını yaxşılaşdırmaq üçün daha çox şəkərli qidalar, sobada bişirilən un məmulatlarını yeməyə başlayırlar. Bunu nəzərə alaraq, qida rasionuna daha şirin, lakin təbii məhsullar daxil etməliyik”.

Qeyd edək ki, bundan əvvəl qidalanma mütəxəssisləri Kinzburq və Kruqlova zülal və mövsümi qidaların payızda immunitet sistemini gücləndirdiyini söyləmişdilər. Belə ki, qaragilə, böyürtkən və digər giləmeyvələr bədənin xəstəliklərə müqavimətini daha da artırır.

Paylaş
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31