Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şuşa şəhərində görülən işlər milli intibahımızın parlaq mərhələsi olacaq

Şuşa şəhərində görülən işlər milli intibahımızın parlaq mərhələsi olacaq

07.09.2021 [16:16]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə növbəti səfərləri bir çox mühüm tədbirlərlə əlamətdar olub. Bu baxımdan, Azərbaycan Prezidentinin və birinci xanımın milli mədəniyyətimizin beşiyi olan Şuşaya son səfəri də ölkə ictimaiyyətində böyük ruh yüksəkliyi yaradıb. 

Budəfəki səfər də çox sayda açılış mərasimləri ilə yadda qalıb. Belə ki, dövlətimizin başçısı burada çox sayda açılışlarda, yeni sosial və mədəniyyət obyektlərinin təməlqoyma mərasimlərində iştirak edib. Burada bir neçə tədbiri xatırlatmaq istərdim. Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin və böyük müğənni Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı olub. Eyni zamanda, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin heykəlinin, “Qarabağ” hotelinin açılışında iştirak ediblər. Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhərdə yeni salınacaq yaşayış massivinin təməlqoyma tədbirində də iştirak ediblər. 

Heç şübhəsiz, Şuşa Azərabycan xalqı üçün son dərəcə əziz və müqəddəs yerdir. Şuşa milli mədəniyyətimizin və mənəviyyatımızın tacıdır. Onun hər bir azərbaycanlının qəlbində xüsusi yeri var. Cənab Prezidentin qeyd etdiyi kimi, Şuşanın qeyri-adi aurası var, buradan ayrılıb getmək, ondan doymaq olmur. Mənə elə gəlir ki, Prezident İlham Əliyev Şuşanı xüsusi bir məhəbbətlə sevir və onun dünyanın ən cazibədar məkanına çevrilməsi üçün çalışır. Düşünürəm ki, Şuşa şəhərində görülən işlər milli intibahımızın parlaq mərhələsi olacaq. Ona görə ki, bu gözəl və bənzərsiz şəhər bizim zəngin mədəniyyətimizi özündə ehtiva edir. Belə ki, xalqımızın mədəniyyət tariximizin bir çox parlaq səhifələri, məhz bu şəhərlə bağlıdır. Şuşa Azərbaycana çox sayda görkəmli sənət və elm xadimləri bəxş edib. Şuşa həm də Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu burada şanlı tarix yazıb. Bu mənada, Şuşa bizim milli ruhumuzun təntənəsidir. Bugünkü və gələcək nəsillər Şuşanın qəhrəman fatehləri ilə fəxr edəcəklər. 

Burada belə bir faktı da burada xatırlatmağı özümə borc bilirəm. Məlumdur ki, 1982-ci ilin 14 yanvarında Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya evinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycanın o vaxtkı rəhbəri, Ümummilli Lider Heydər Əliyev mərasimdə iştirak edib. Soyuq, qarlı bir gündə keçirilən açılış mərasiminə Şuşaya görkəmli sənət adamları toplaşıblar. Bu möhtəşəm tədbir milli mədəniyyət və sənət bayramına çevrilib. Ulu Öndərin Şuşadakı həmin tədbirdə iştirakı son dərəcə əhəmiyyətli tarixi hadisə idi. Hər dəfə o unudulmaz anları əks etdirən kadrları televiziyadan izləyəndə adamın qəlbi sevincdən köksünə sığmır. Bu günlərdə isə yenidən Şuşada “Vaqif pozeiya günləri” keçirildi. Bir-birindən gözəl şeirlər dinlənildi. Heç şübhəsiz, bundan sonra Şuşada əbədi olaraq bu torpağın sahibi olan Azərbaycan xalqının dilində ən gözəl şeirlər və musiqilər eşidiləcək.

 

Vahid Məmmədov,

YAP Göygöl rayon təşkilatının Tülallar kənd İƏD-i üzrə nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri

Paylaş
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31