Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şuşa – Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və musiqisinin beşiyidir

Şuşa – Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və musiqisinin beşiyidir

07.09.2021 [16:20]

1757-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan saf təbiəti və sərt relyefinə görə Qafqazda xüsusi şöhrətə malik olan Şuşa şəhəri Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin, elminin, musiqisinin beşiyi sayılmışdır. Şuşa  Qarabağ  xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranıb və inkişaf edərək öz şöhrətini bütün dünyaya çatdıra bilmişdir. Avropa səyyahlarının diqqət mərkəzində olan və hər zaman Avropada Azərbaycan musiqisinin tanınmasında xüsusi əhəmiyyətli rola malik olan bu şəhər “Qafqazın Konservatoriyası” adlandırılmışdır. 

30 avqust 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər. Vaqif  Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunmuşdur. Cənab Prezident çıxışında mühüm məqamlara toxunaraq qeyd etmişdir ki, 1982-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı mədəni əhəmiyyəti ilə yanaşı çox mühüm siyasi-ideoloji məna kəsb edirdi. Şuşanın işğal edilməsi ilə bütün tarixi və mədəni abidələrimiz kimi Vaqifin də məqbərəsi erməni vandalları tərəfindən çox güclü mənəvi terrora məruz qalmışdır. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuz Ermənistanı bütün Qarabağdan qovub çıxarmışdır. Bu tarixi qələbənin sevincini millətimiz bu ilin may ayında Şuşada keçirilən “Xarıbülbül” festivalında təntənəli şəkildə qeyd etmişdir.

Şuşanın bərpası sürətlə və intensiv şəkildə həyata keçirilir. Şuşada olan bütün mədəniyyət, dini və tarixi abidələrimiz yenidən restavrasiya olunaraq əvvəlki şöhrətini özünə qaytaracaqdır. Torpaqlarımızın azadlığa qovuşmasının və düşmən tapdağından azad olunması ilə bu regionda çox böyük sosial-iqtisadi canlanma baş vermişdir. Yeni-yeni yolların və tunellərin, su, işıq, qaz və digər infrastruktur layihələrinin qısa zamanda həyata keçirilməsi çox təqdirəlayiq və mühüm hadisələrdir. Eyni zamanda şəhərdə çoxlu sayda yeni yaşayış binaları inşa ediləcək ki, burada yerli sakinlər köçüb yaşasınlar.Tarixi dini abidələrimiz Heydər Əliyev Fondu tərəfindən çox mükəmməl şəkildə bərpa olunur.

Qarabağın 30 ilə yaxın işğalda qalması onu göstərdi ki, bu münaqişə heç vaxt sülh yolu ilə həll olunmayacaqdı. Azərbaycan Respublikasının bütün diplomatik cəhdlərinə baxmayaraq işğalçı Ermənistan hər vəchlə diplomatik danışıqlardan boyun qaçırmışdır. Azərbaycan ən yüksək kürsülərdən beynəlxalq konfranslar zamanı bəyan etmişdir ki, əgər Ermənistan sülh yolu ilə torpaqlarımızı geri qaytarmasa “dəmir yumruğumuzu” başının üzərində görəcəkdir. 2020-ci ilin sentyabr ayında başlanan haqq savaşıız bizim tarixi zəfərimiz ilə başa çatdı. Şuşanın işğal olunması çox böyük bir faciə idi. Çünki Şuşa şəhəri çox mühüm strateji əhəmiyyətə malik bir məntəqə hesab olunurdu. Azərbaycan Respublikasının Prezidentinin qətiyyətli daxili və xarici siyasəti nəticəsində bütün işğal olunmuş torpaqlarımız yağı düşmən tapdağından azad olundu. Şuşada Azərbaycanın üçrəngli şanlı bayrağı dalğalanır, məscidlərimizdə azan oxunulur. Hər bir Azərbaycan vətəndaşını qürurlandıran və duyğulandırantorpaqlarımızınişğaldan azad olunmasının xoşbəxtlik hisslərini sözlə ifadə etmək mümkün deyildir. Artıq Şuşa əvvvəlki şöhrətinə qayıdır və Pənahəli xanın, Vaqifin, Xan qızı Natavanın, Üzeyir Hacıbəyovun və neçə-neçə böyük şəxsiyyətlərin ruhu şaddır.Qarabağ torpağı artıq rahat nəfəs alır. Bu qürurverici hissləri bizə yaşadığı üçün Ali Baş Komandana və Şanlı Ordumuza dərin-dərin minnətdarlığımızı bildiririk. Öz ərazi bütövlüyümüzü bərpa edərək bütün dünyaya bəyan etdik ki, Azərbaycan Respublikası qüdrətli və güclü dövlətdir. Uca Tanrı dövlətimizi, millətimizi və ordumuzu qorusun. Şanlı bayrağımız hər zaman uca zirvələrdə dalğalansın.

 

Türkan Məmmədova,

Pirallahı rayonu, 235 nömrəli tam orta məktəbin müəllimi

Paylaş
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31