Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bu gün Şuşanın dirçəlməsi üçün əməli-praktiki addımlar atılır

Bu gün Şuşanın dirçəlməsi üçün əməli-praktiki addımlar atılır

07.09.2021 [17:22]

44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq oldu. Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Zamanında xalqımızın mütləq Şuşaya və digər işğal edilmiş ərazilərə qayıdacağını Ümummilli Lider Heydər Əliyev dəfələrlə ən yüksək kürsülərdən bəyan etmişdir. Onun bu vəsiyyətini uğurla həyata keçirməklə İlham Əliyev əsl Lider olduğunu bir daha bütün dünyaya sübut etdi. Prezident İlham Əliyev indi də işğaldan azad edilmiş ərazilərin bərpası üçün böyük əzm və iradə ilə çalışmaqla bir daha uzaq gələcəyə hesablanmış addımlar atan, uzaqgörən siyasətçi olduğunu, bununla da dövlətə və dövlətçiliyə xidmət etdiyini bir daha nümayiş etdirir.

Avqustun 30-da Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi. Belə bir tədbirin Şuşada keçirilməsi heç də təsadüf deyil. Şuşa Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yerə malikdir. Azərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında çox yazılıb,  Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı,  vüqarlı dağlarının əzəmətindən söz açılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə, ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa  şərqlilərə məxsus arxitekturası ilə də fərqlənir.  Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.  Dövlət başçısının Şuşanı mədəniyyət paytaxtı elan etməsi bu şəhərin tarixində yeni bir dövrün başlandığını göstərir.Şuşa qədim Azərbaycan şəhəridir. Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, təməli 1972 ildə Pənahəli xan tərəfindən qoyulmuş Şuşanın gələn il 270 illiyi təntənəli surətdə qeyd olunacaq. 

39 il əvvəl  Ulu Öndər Heydər Əliyevin iradəsi nəticəsində Şuşada  Vaqifin məqbərəsinin açılış mərasimi keçirilmişdir. Çünki Molla Pənah Vaqif ölkəmizin tarixində iz saxlayan insanlardan biridir. O dahi şair kimi və eyni zamanda, Qarabağ xanının vəziri kimi insanların yaddaşlarında qalıb. Erməni vandalizminin nəticəsində dağıdılmış tarixi  abidələr, həmçinin Yuxarı Gövhərağa Saatlı və Aşağı Gövhərağa məscidləriHeydər Əliyev Fondu tərəfindən təmir  olunur. Eyni zamanda Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı bərpa edildi. 

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya son səfərləri çərçivəsində yeni təməlqoyma mərasimləri keçirilib. Şəhərdə yeni yaşayış kompleksinin təməlinin qoyulması da çox əlamətdar hadisədir. Bildirildiyi kimi, bu yaşayış kompleksi Şuşanın Baş planı əsasında inşa ediləcək. Burada 25 yaşayış binasının inşası nəzərdə tutulur. Prezident İlham Əliyev bildirib ki, Şuşanın Baş planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. “Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarımızın yenidən dirçəldilməsi, müasir üslubda yenilənməsi, öz tarixi keçmişinin izlərini qoruması üçün bütün səylərini səfərbər edib.

Rüfət Əhmədov,

YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri

 

Paylaş
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31