Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanla İran arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycanla İran arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

07.09.2021 [17:47]

Sentyabrın 7-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş katibi Yusif Həsən Xələvi ilə görüşüb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Qoşqar Təhməzli son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və bitki sağlamlığının təmin olunması ilə əlaqədar görülən işlər barədə danışıb, qida təhlükəsizliyi sahəsində beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin daim genişləndiyini bildirib.

Baş katib Yusif Həsən Xələvi təchizat zənciri üzrə halal standartların tətbiqi və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası tərəfindən bu sahənin rəqəmsallaşdırılması üzrə həyata keçirilən işlər barədə məlumat verib.

Yusif Həsən Xələvi İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Azərbaycanı regionda halal və təbii məhsulların mərkəzi kimi gördüyünü və Azərbaycanda bu ilin axırlarında bu sahədə beynəlxalq forumun təşkil olunacağını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb.

Paylaş
Baxılıb: 52 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31