Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vətənini sevən insan bu qədər həzz alaraq yaxşıya yaman deməz, hər şeyi pis yozmağa çalışmaz, görülən işlərə qulp qoşmaz!

Vətənini sevən insan bu qədər həzz alaraq yaxşıya yaman deməz, hər şeyi pis yozmağa çalışmaz, görülən işlərə qulp qoşmaz!

07.09.2021 [17:58]

Fuad Ibrahimov

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin dirijoru

Hal hazırda ölkəmizi növbəti konsert səfərlərində təmsil eləmək üçün uzun yola çıxmışam. Hər zaman olduğu kimi, indi də növbəti uçağı gözləyərkən müxtəlif xəbər saytlarını izləyirəm, çıxışları dinləyirəm, videoçarxlara baxıram. Dövlət başçımızın apardığı mükəmməl siyasət nəticəsində ölkəmizdə çox qürurverici anlar baş verməkdə davam edir! Ən son xəbərlərdən biri Şuşada bir çox tarıxı abidələrin ən qısa zamanda yüksək səviyyədə yenidən bərpası, mənim üçün əsasən də Üzeyir bəyin heykəlinin birə bir nüsxəsinin yenidən ucaldılması, Füzuli Beynəlxalq Havalımanının açılışı və bu möhtəşəm məkana “Qarabağ” adı verilmiş nəhəng sərnişin təyyarəsinin ilk uçuşu, əminliklə deyə bilərəm ki, hər bir azərbaycanlıya inanılmaz sevinc hissi yaşadır. Bu kimi və bir çox digər uğuruların ətrafında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin çıxışlarına rast gəldim və həqiqətən məyus oldum! Bu insan öz çıxışları ilə ölkəmizi, dövlətimizin əldə etdiyi bütün nəaliyyətlərini kölgə altına salmağa çalışır. Böyük təəssüf hissi ilə bir çox çıxışlarını dinlədim. Əli Əliyevin əsl məqsədi nədir, kimi sevindirməyə çalışır, niyə “düz oturub əyri danışır”?!

İnanıram ki, vətənini sevən insan bu qədər həzz alaraq yaxşıya yaman deməz, hər şeyi pis yozmağa çalışmaz, görülən işlərə qulp qoşmaz!

Paylaş
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31