Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kamran Bayramov: Azərbaycanın qazandığı qələbələri, əldə etdiyi nailiyyətləri heç kim şübhə altına qoya bilməz

Kamran Bayramov: Azərbaycanın qazandığı qələbələri, əldə etdiyi nailiyyətləri heç kim şübhə altına qoya bilməz

07.09.2021 [18:04]

“Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən, dünya birliyində söz sahibi kimi tanınan, etibarlı tərəfdaş kimi sayılan ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, inkişaf modeli vardır. Ölkəmizin müzəffər Ali Baş Komandanı, Prezident İham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə uzun illər erməni terrorçularının işğalı altında olan torpaqlarımız azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Qısa zaman kəsiyində azad olunmuş torpaqların bərpası, onlara nəfəs verilməsi, əvvəlki görkəminin qaytarılması, soydaşlarımızın öz doğma yerlərinə qayıdışı üçün cənab Prezidentin rəhbərliyi və birbaşa nəzarəti ilə böyük və əsaslı bərpa və quruculuq işlərinə başlanıldı, iri infrastruktur layihələrinin reallaşdırılması, ərazilərdə dövlət idarəetməsinin bərqərar olunması və gücləndirilməsi istiqamətində təsirli tədbirlər görüldü”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, bütün bu işlər, təbii ki, heç birimizi sevindirməyə bilməz. Xalqımız bütün bu işlərə yüksək qiymət verərək, ölkəmizin başçısını dəstəkləyir, Azərbaycanda fəaliyyət göstərən, demək olar ki, bütün siyasi qüvvələr həmrəylik nümayiş etdirməklə, həm Vətən müharibəsi dövründə, həm də hal-hazırda cənab Prezidentin siyasətinə və fəaliyyətinə öz dəstəyini əsirgəmir.

“Lakin, qeyd edilməlidir ki, özünü müxalifət kimi təqdim etməyə çalışan, hökumətin hər bir işində nöqsan tapmağa uğursuz cəhd edən qüvvələr və ünsürlər qələbələrimizi və nailiyyətlərimizi hələ də həzm edə bilmir və onlara kölgə salmağa, ölkədə hökm sürən ictimai-siyasi sabitliyi pozmağa çalışır. Onlardan biri də, heç bir dəstəyə, bazaya və üzvlərə malik olmayan “partiyanın” sədri, “divan tənqidçisi” Əli Əliyevdir. Bu ünsürün etdiyi, şər və böhtanla dolu çıxış və bəyanatlarının məqsədi ölkəmizdə yaranmış sağlam mühiti qarışdırmaqdan, təxribatlar törətməkdən, narazılıq görüntüsünü yaratmaqdan başqa bir şey deyil. Ə.Əliyev bilsin ki, onun bu cür anti-milli fəaliyyəti yüksək inkişaf və intibah dövrünü, tarixinin qızıl səhifələrini yaşayan ölkəmizdə heç bir nəticə verməyəcək, çünki Azərbaycanın qazandığı qələbələri, əldə etdiyi nailiyyətləri heç kim şübhə altına qoya bilməz”,-deyə millət vəkili vurğulayıb.

Paylaş
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31