Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Radikal düşərgə 44 günlük müharibədə Ermənistanın ağır məğlubiyyətini həzm edə bilmir

Radikal düşərgə 44 günlük müharibədə Ermənistanın ağır məğlubiyyətini həzm edə bilmir

08.09.2021 [09:00]

Radikal müxalifət düşərgəsinin və onun xaricdəki uzantılarının 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbəyə qarşı apardıqları qara piar kampaniyası səngimir. Sosial şəbəkələr vasitəsilə aparılan və ictimai rəyi çaşdırmağa yönələn bu çirkin təbliğatın xaricdəki ermənipərəst mərkəzlərin sifarişi ilə həyata keçirildiyi isə hər kəsə bəllidir. AXCP sədri Əli Kərimli, antimilli şuraçı Gültəkin Hacıbəyli, eləcə də Sevinc Osmanqızı və Qənimət Zahid kimiləri sosial şəbəkələrdə mütəmadi olaraq şanlı qələbəmizin əhəmiyyətini azaltmağa cəhd göstərirlər. Maraqlıdır ki, məğlub Ermənistanın az-çox reallığı dərketmə qabiliyyəti olan siyasətçiləri belə, Azərbaycanın tarixi qələbəsini və regionda yaratdığı yeni siyasi reallıqları qəbul etdikləri halda, Gültəkin Hacıbəyli kimi radikal ünsürlər düşmən ölkənin məğlub olmadığını iddia edirlər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı İlham Məmmədov da bildirib ki, radikal müxalifətin Vətən müharibəsində əldə olunan qələbəyə kölgə salmaq cəhdləri onların xaricdəki ermənipərəst havadarlarından aldıqları sifarişlərdən qaynaqlanır. Dağıdıcı ünsürlərin Azərbaycanın zəfərini, Ermənistanın kapitulyasiyasını qəbul etməmələrinin heç də təsadüfi olmadığını deyən millət vəkili vurğulayıb ki, radikal müxalifətin bu addımı düşərgə təmsilçilərinin xaricdəki anti-Azərbaycan dairələrlə işbirliyini təsdiqləyir: “Radikal müxalifət sosial şəbəkələrdə erməni maraqlarını müdafiə etməklə məşğuldur. Diqqət yetirsək, görərik ki, bəzi ermənilərin 44 günlük müharibə və onun nəticələri ilə bağlı aylardır sosial şəbəkələrdə yaymağa çalışdıqları dezinformasiyaların mahiyyəti radikal ünsürlərin absurd iddiaları ilə uzlaşır. Bu, bir daha radikalların dövlət, xalq maraqlarına düşmən kəsildiyini ortaya qoyur, ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer aldıqlarını təsdiqləyir”.
Milli Məclisin deputatı Kamilə Əliyeva isə radikal müxalifətin və onun xaricdəki uzantılarının Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə qarşı sosial şəbəkələrdə qaralama kampaniyaları aparmağa cəhd göstərmələrinin ikrah doğurduğunu bildirib: “Xaricdəki ermənipərəst mərkəzlərə xidmət edənlər çirkin kampaniyalarla böyük qələbəmizə kölgə salmağa cəhd göstərirlər. Maraqlıdır ki, Ermənistan cəmiyyəti bu müharibədən tam məğlub ayrıldığını etiraf etsə də, ölkəmizdəki radikal müxalifət bunun əksini iddia etməyə çalışır. Bu gün işğaldan azad edilən regionlarda abadlıq-quruculuq işləri aparılır, xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri həmin ərazilərə səfərlər edirlər. Bununla belə, ermənidən betər ermənilik etməyə alışmış radikal ünsürlər bunun əksini “sübut etməyə” çalışırlar. Təbii ki, bütün bunlar onların hansı məqsədlərə xidmət etdiklərini bir daha aşkara çıxarır”.
Pərviz SADAYOĞLU

Paylaş
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31