Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hüseyn Qabulov: Uşaqları məktəbə zehni və fiziki baxımdan hazırlamaq lazımdır

Hüseyn Qabulov: Uşaqları məktəbə zehni və fiziki baxımdan hazırlamaq lazımdır

08.09.2021 [09:05]

Adətən yeni tədris ilinin başlanğıcında uşaqların məktəbə adaptasiyası ilə əlaqədar bir sıra problemlər yaranır. Bəs, necə etmək olar ki, uşaqlar məktəbin ilk günündə adaptasiya problemi yaşamasın və məktəbə hər gün həvəslə getsinlər?
Həmin sualı cavablandıran Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov bildirib ki, bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Onun sözlərinə görə, uşaqları məktəbə qabaqcadan zehni və fiziki hazırlamaqda fayda var: “Məktəbdə oxumağın niyə vacib və zəruri olduğunu övladınıza izah edin. İdeallaşdırmadan, eyni zamanda, məktəb haqqında mənfi danışmadan maraqlı, maarifləndirici, əyləncəli məktəb təcrübələrinizi paylaşın. Tədricən gələcək şagirdə dərslərə vaxtında gəlmək üçün səhər tezdən qalxmağı öyrədin. Tədris ili başlamazdan öncə, məktəbin həyətində gəzintiyə çıxın, onu gələcək müəllimi ilə tanış edin, sinfi göstərin. Bu, uşağın yeni mühitə alışmasını asanlaşdıracaq”.
“Sadə suallar verin, uşağınızı düzgün cavab verməyə təşviq edin, məktəbdə və dərs zamanı partada davranış qaydalarını izah edin. Uşağa qabiliyyətli olduğunu və məktəbdə onun böyük uğurlara nail ola biləcəyini demək vacibdir. Məktəb ləvazimatlarını mütləq şəkildə uşaqlarınızla birlikdə alın. Gələcəkdə bu, uşağın ehtiyac duyduğu malları şüurlu şəkildə istifadə etməsini və almasını stimullaşdıracaq”, - deyə professor vurğulayıb.
H.Qabulov onu da bildirib ki, birinci sinif şagirdini həddindən artıq yükləmək məsləhət görülmür: “Xüsusən də birinci tədris ilinin əvvəlində, xarici dildə əlavə dərslər, musiqi və s. Bu, psixikaya düşən yükü artırır və körpənin görmə orqanını gərginləşdirir. Bu müddət ərzində gimnastika, açıq havada gəzinti və dərslərdən sonra axşamlar məktəbdə yeni hadisələrin müzakirəsi faydalı ola bilər. Müvafiq şərtlər və istəklər daxilində uşaq üzgüçülük, stolüstü tennis, rəqslə məşğul ola bilər. Fiziki fəaliyyət qan dövranını yaxşılaşdıracaq, immuniteti, yaddaşı gücləndirəcək və körpənin əhvalını qaldıracaq”.
Sonda professor dünyada koronavirusun yayılmasının davam etməsi ilə əlaqədar, valideynlər tərəfindən uşaqlara onların müxtəlif yoluxucu xəstəliklərdən qoruya biləcək sadə və tanınmış gigiyena qaydalarının zəruriliyinin izah edilməsinin vacibliyini vurğulayıb.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31