Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ virusoloqları koronavirusa qarşı “fövqəlinsan” immunitetinin yarandığını aşkarlayıblar

ABŞ virusoloqları koronavirusa qarşı “fövqəlinsan” immunitetinin yarandığını aşkarlayıblar

08.09.2021 [11:11]

“Yeniazerbaycan.com” Rusiyanın “Lenta.ru” portalına istinadən xəbər verir ki, ABŞ-da yeni növ koronavirus xəstəliyi keçirən insanların bəzilərində  COVID-19-a qarşı güclü immunitet yaranır. Belə ki, xəbər portalının “Daily Mail”-ə istinadən verdiyi xəbərə görə, ABŞ-dakı tədqiqatçılar müəyyən ediblər ki, bəzi insanlar koronavirusa yoluxub sağaldıqdan sonra COVID-19 ilə mübarizə aparmaq üçün "fövqəlinsan" immunitetqabiliyyətinə malik ola bilərlər. ABŞ virusoloqları bu cür müqavimət qabiliyyətini "fövqəlinsan" və ya "hibrid" immunitetadlandırıblar.

Onların fikrincə, bu vəziyyətdə immun sistemi virusu xatırlayır və hətta necə mutasiya edə biləcəyini də təxmin edir. Qeyd olunur ki, yeni növ koronavirusa qarşı "dəmir" immunitethər iki dozanı qəbul edən və COVID-19-dan sağalan insanlarda aşkar olunub. 

Virusoloq Teodora Hatsioannu qeyd edib ki, bu insanlar SARS-CoV-2-yə qarşı inanılmaz qorunma nümayiş etdirmişlər: "Yeni növ koronavirusa qarşı mübarizədə onların mühüm üstünlüyü var". Rokfeller Universitetinin virusoloqu Pol Benias deyib ki, həmin insanların yaxın gələcəkdə görə biləcəyimiz SARS-CoV-2-nin əksər və bəlkə də bütün ştamlarından kifayət qədər yaxşı qorunacağını güman etmək olar.

İmmunoloq Çeyn Krotti isə bildirib ki, COVID-19 xəstəliyindən əziyyət çəkdikdən sonra təbii immunitet formalaşması prosesində bəzi orqanizmlərdə immun sisteminin virusun yenidən yayılmasına qarşı maneələr yaradır. Onun sözlərinə görə, B və T hüceyrələri virusun necə göründüyünü xatırlaya və yenidən yoluxduqda anticisim istehsalını stimullaşdıra bilər: “Adətən, təbii immunitet yeddi və ya səkkiz aya qədər qoruyur. Bir il sonra da bəzi şəxslər hələ də anticisimə malik ola bilər, lakin fərqli ştamlara qarşı daha çox həssaslıq istisna deyil. Ancaq təbii immunitetiolan bir insan vaksinasiyadan da keçərsə, peyvənd koronavirusun “yaddaşı”nı gücləndirir. Vaksinasiyaya cavab olaraq orqanizm qorunma üçün daha çox resurs ayırır”.

Paylaş
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31