Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir

Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir

08.09.2021 [11:29]

Nə az, nə çox düz 29 ildən sonra yenidən Molla Pənah Vaqifin görüşünə gəlmişdi həmvətənləri. Yenə onun məqbərəsi ətrafında qələbəlik idi. Bəli, qələbəlik, Qələbə ovqatlı qələbəlik, Zəfər ovqatlı qələbəlik. Burada şeir söyləyən də vardı, muğam oxuyan da. Vaqifin nakam ruhu da elə buradakıların bərabərində dayanıb, hamını salamlamaqdaydı.Torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir. Bu gün də belə bir növbəti təntənəyə şahidlik edirik. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yenidən ucaldılması bütövlükdən Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərdir. 

44 günlük müharibə bütün dünyaya həm müzəffər Azərbaycan Ordusunun gücünü həm də ədalətin zəfər çalmasını göstərdi. Müzəffər Ordmuzun, həyata keçirilənəziyyətli yolumuzun müqabilində ədalətin var olmasını da nümayiş etdik. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində haqq savaşımız qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Cənab Prezidentimizin bir neçə gün öncə Şuşaya səfərində Vaqif Poeziya Günlərinin açılış mərasimi zamanı  söylədiyi kimi, “həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır”. Xüsusi olaraq vurğulamaq lazımdır ki, 2021-ci ilin yanvar ayında ölkə başçımızın regionlar çərçivəsində ilk səfəri məhz Şuşaya olmuşdur. Şuşanın işğal dövründə darmadağın olunmuş, işğaldan azad olunduqdan sonra bərpasına, görüləcək işlərə dair ilk çağırışlar, mesajlar o zaman verilmişdir. Bütün istiqamətlərdə yenidənqurma işləri nəinki Şuşada, ümumiyyətlə Qarabağın digər ərazilərində də sürətlə aparılmaqdadır. Azərbaycan Ordusunun torpaqlarımızı düşmən tapdağından azad etməsindən sonra infrastruktur layihələrinin icrası ilə yanaşı erməni vandalizminə məruz qalmış çoxsaylı tarixi-dini, mədəniyyət abidələrimizin bərpası işlərinə də başlanıldı. Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin məqbərəsidir. Bu kompleksin salınması məhz Ulu Öndər Heydər Əliyevin sayəsində baş tutub. 1982-ci il yanvarın 14-də Ulu Öndər Heydər Əliyev  Molla Pənah Vaqifin məqbərəsinin açılışını etmişdir. Həmin ilin iyul-avqust aylarında Şuşada Vaqif Poeziya Günləri keçirilib. Həmin tarixdən etibarən 1991-ci ilədək hər ilin avqust ayında Vaqif Poeziya Günləri təşkil olunardı. 39 il sonra Prezident İlham Əliyevin göstərişi ilə Vaqifin məqbərəsi bərpa olundu, həm də Vaqif Poeziya Günləri yenidən təşkil olundu. Prezident İlham Əliyevin Şuşa şəhərinin ölkənin mədəniyyət paytaxtı elan etməsi, burda Xarıbülbül Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşanın deyil, bütövlükdə müstəqil Azərbaycanın mədəniyyət sahəsində yeni mərhələnin başlanğıcı oldu. Şuşanın işğaldan azad olunması gücünü əsgərlərimizə bəxş edən Şuşanın ruhu idi, tarixi idi. Şəhid edilmiş vətandaşlarımızın intiqamını almaq ehtirası idi. O qəhrəmanlığın nəticəsində poeziyamız da öz ənənəsini bərpa etdi, bu ənənə Vaqifin sözü, Şuşanın özü kimi əbədi olacaq.

2021-ci il avqustun 30-da Vaqif  Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər. Ölkə başçımız açılış nitqində bildirmişdir ki, “Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır”. 

İşğala qədər Şuşada memarlıq abidəsi sayılan yüzlərlə yaşayış binası, mədəniyyət və tarixi abidə var idi. Ermənilər işğal etdikləri digər rayon və şəhərlərdə olduğu kimi, Şuşada da tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər talan edilib, dağıdılıb və ya erməniləşdirilib. Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər və kəndlər. Azərbaycanın Ermənistanın silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazilərində vandalizmin izlərinə hər addımda rast gəlmək olur. Bəli, bunlar bir daha erməni xislətinin, vandallığının, Azərbaycanın isə qurucu, yaradıcı olmasının göstəricisidir. 30 ilə yaxın dövürdə çapıb-talanan Qarabağda bu gün dirçəliş, yenidənqurma, inkişaf, dövrüdür.Tarixi abidlərin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir. Azərbaycanın qədim ədəbiyyat mərkəzinin ruhunun özünə qayıtması, ədəbiyyat adamlarının bura gəlişi Vaqif məqbərəsinin də, poeziya günlərinin də bərpası son dərəcə böyük bir tarixi hadisədir.Vaqif Poeziya Günləri ilə Şuşa şəhəri yenidən ənənələrini bərpa edərək yeni dövrünə yol açdı.  

 

Şakir Mikayılov,

Pirallahı Rayonu, 186 nömrəli tam orta məktəbin direktoru

Paylaş
Baxılıb: 52 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31