Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəhid Şahmar Səfərov doğum günündə yad edilib

Şəhid Şahmar Səfərov doğum günündə yad edilib

08.09.2021 [12:31]

Vətən müharibəsi şəhidi, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş leytenant Şahmar Nazin oğlu Səfərovun doğum günündə onun adının əbədiləşdirilməsi üçün Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsində inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİH başçısının müavinləri, şöbə müdirləri, YAP Suraxanı rayon təşkilatının nümayəndələri, Suraxanı rayon Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar artist Ağalar Bayramov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin, “Şəhid Anaları” İB-nin sədri Nəsibə Əliyeva, şəhidin əmisi, ehtiyatda olan polkovnik Adil Səfərov, şəhid anaları və rayon sakinləri iştirak etmişlər.

Suraxanı RİH başçısı Əziz Əzizov dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərək Şahmar Səfərov kimi qəhrəman övlad böyütdükləri üçün bir daha şəhidin anasına təşəkkür edib, torpaqlarımızın müdafiəsi naminə canlarından keçib və şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin, doğmalarının da hər zaman dövlət qayğısı ilə əhatə olunacağını bildirib.

II Fəxri Xiyabanda Şahmar Səfərovun məzarının ziyarəti zamanı YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Salman Əbdülov şəhidimizin əziz xatirəsini bir daha yad edərək təşkilat adından "Anım löhvhəsi"ni şəhid ailəsinə təqdim edib.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildirmişlər.

 

Paylaş
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31