Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 2020-ci ilin noyabrından bu günədək Biləsuvarda 96 qadın müxtəlif peşə təlimlərində iştirak edib

2020-ci ilin noyabrından bu günədək Biləsuvarda 96 qadın müxtəlif peşə təlimlərində iştirak edib

08.09.2021 [14:50]

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhramanova, Niderland Krallığının Azərbaycandakı səfiri Paulin Eizema, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakassetti və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Biləsuvarda yerləşən Qadın Resurs Mərkəzinə, eləcə də son bir il ərzində kənd qadınlarının qurduğu kiçik bizneslərə baş çəkiblər.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2020-ci ilin noyabr ayından bu günədək Niderland Krallığının maliyyələşdirdiyi, BMTİP və Dövlət Komitəsinin birgə icra etdiyi “Qadınların rəhbərlik etdiyi icma əsaslı təşəbbüslərə dəstək” layihəsi çərçivəsində Biləsuvarda yaşayan 96 qadın CV yazma və təqdimat bacarıqları, QHT-lərin idarəedilməsi, kompüter bacarıqları, marketinq, brendləşmə və satış bacarıqları üzrə təlimlərdə iştirak ediblər.

Vurğulanıb ki, təlimləri başa vuran 11 qadın tərtib etdiyi biznes-planına əsasən lazımi avadanlıqlarla təmin edilib.

Bundan əlavə, qadınların məşğulluğunun təmin edilməsi istiqamətində yeni tədbirlər görülməsi məqsədilə Biləsuvar bələdiyyəsinə əmək bazarı qiymətləndirilməsinin təşkilində dəstək göstərilib.

Eyni zamanda, layihə çərçivəsində Biləsuvarın iki bələdiyyəsinə su, sanitariya və gigiyena vəziyyətinin yaxşılaşdırılması üçün dəstək göstərilib. COVID-19 pandemiyası dövründə ekspertlər tərəfindən valideyn, şagird və icma üzvləri üçün 16 maarifləndirmə sessiyası keçirilib.

Qeyd edək ki, mərkəzlərdə bu günədək 6200-dən çox qadına insan hüquqları və iqtisadi hüquqlar, həmçinin biznesin inkişafı, mühasibat uçotu, maliyyə savadlılığı və kompüter elmləri üzrə ödənişsiz təlimlər keçirilib.

2011-ci ildə Dövlət Komitəsi və BMTİP əməkdaşlığı, eləcə də bir çox beynəlxalq donorun maliyyə dəstəyi ilə yaradılan, Azərbaycanın 9 rayonunda yerləşən Qadın Resurs mərkəzləri qadınların iqtisadi cəhətdən inkişafı üçün perspektivlər yaradan məkan rolunu oynayır. Bu Mərkəzlərdə qadınlar iqtisadi səlahiyyətləndirmə vasitəsilə dolanışıqlarını necə yaxşılaşdıra biləcəkləri barədə fikir mübadiləsi aparırlar.

Paylaş
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31