Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nikol Paşinyan: Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır

Nikol Paşinyan: Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır

08.09.2021 [15:00]

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır. Biz bunun üçün danışıqlara da hazırıq.

AZƏRTAC Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu sözləri ölkənin baş naziri Nikol Paşinyan hökumətin sentyabrın 8-də keçirilən iclasında söyləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı açıqlamasını xatırladan Paşinyan deyib: “Biz bu bəyanatlarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması barədə müzakirələri görürük. Eləcə də avtomobil və dəmir yollarının bərpası məsələsi gündəmdədir. Biz daha geniş kontekst ala biləcək belə danışıqlara hazırıq”.

Onun sözlərinə görə, bu məsələdə Rusiya, Avropa İttifaqı, Fransa, ABŞ, Çin və Hindistan da maraqlıdır.

Paylaş
Baxılıb: 52 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31