Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Bakıda Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

08.09.2021 [15:33]

Sentyabrın 9-da Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclası keçiriləcək. İclasda Hökumətlərarası Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Hökumətlərarası Komissiyanın 2019-cu il oktyabrın 9-da Bakıda keçirilmiş 16-cı iclasından ötən dövr ərzində ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində ikitərəfli əlaqələrin vəziyyəti ilə bağlı görülmüş işlər nəzərdən keçiriləcək, gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı növbəti addımlar müzakirə ediləcək.

Tədbirin sonunda Birgə Hökumətlərarası Komissiyasının 17-ci iclasının yekunlarına dair Protokolun imzalanması nəzərdə tutulur.

Paylaş
Baxılıb: 44 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31