Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ağdərə şəhəri ərazisində saxlanılmış Azərbaycan Ordusunun əsgəri ölkəmizə qaytarılıb

Ağdərə şəhəri ərazisində saxlanılmış Azərbaycan Ordusunun əsgəri ölkəmizə qaytarılıb

08.09.2021 [15:40]

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatına uyğun olaraq, 2021-ci il iyulun 14-də Azərbaycan hərbçiləri tərəfindən Laçın rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşları – Gümrü şəhər sakini, hərbi qulluqçu, 1981-ci il təvəllüdlü Nalbandyan Artur Hayki və Gorus rayon sakini, hərbi hissədə sürücü işləyən mülki şəxs, 1963-cü il təvəllüdlü Torozyan Aramais Qrati azad edilərək Rusiya sülhməramlılarının vasitəçiliyi ilə sentyabrın 7-də Ermənistana təhvil verilib.

Bu barədə AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Məlumatda qeyd edilir ki, eyni zamanda, 2021-ci il avqustun 25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Ağdərə şəhəri ərazisində saxlanılmış Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Azərbaycana qaytarılıb.

Paylaş
Baxılıb: 53 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31