Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan ilə Serbiya arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycan ilə Serbiya arasında turizm əlaqələri müzakirə olunub

08.09.2021 [15:53]

Azərbaycan ilə Serbiya arasındakı turizm üzrə əlaqələrin inkişaf perspektivləri, pandemiyanın turizmə təsirləri və bu dövrdə həyata keçirilmiş layihələr, eləcə də təcrübə mübadiləsi məsələləri sentyabrın 8-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Serbiya Respublikasının Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç arasında müzakirə olunub.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Fuad Nağıyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı və oradakı turizm infrastrukturunun yenidənqurulması və bərpası istiqamətində görülən işlərdən danışıb.

O qeyd edib ki, gələcəkdə əcnəbi turistlər yeni turizm destinasiyası kimi tanınacaq Qarabağa cəlb olunacaqlar.

Səfir Draqan Vladisavlyeviç növbəti illərdə qarşılıqlı səfərlərin artacağına və əlaqələrin daha da inkişaf edəcəyinə inandığını bildirib.

Görüş zamanı turizm sahəsində qarşılıqlı investisiyaların artırılması, birbaşa aviareyslərin açılması üzrə müvafiq tədbirlərin görülməsi, postpandemiya dövründə turizmin bərpası üzrə planlaşdırılan fəaliyyətlər haqqında da qarşılıqlı fikir mübadiləsi aparılıb.

Paylaş
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31