Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şuşanın bərpası mədəni irsimizin qorunmasına xidmət edir

Şuşanın bərpası mədəni irsimizin qorunmasına xidmət edir

08.09.2021 [15:55]

Azərbaycanın dilbər guşələrindən olan Şuşa haqqında çox yazılıb. Dünya musiqisinə Üzeyir kimi dahi bəxş edən, Xan Şuşinskinin səsini qoynunda saxlayan, başı qarlı, vüqarlı dağlarının əzəmətindən, alınmaz qala kimi qürurundan, əzəmətindən dünya yazarları əsərlərində istifadə ediblər. 180 il öncə Mirzə Fətəli Axundovun “Müsyö Jordan” əsərində Qarabağ xanlığının, yerli əhalinin qonaqpərvərliyi, Qarabağımızın müalicəvi bitkiləri, əcnəbilərin bu məkana, bu bölgəyə marağı xüsusi  qeyd olunub. Milli memarlıq üslubu ilə orta əsrlərin şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılıb bu diyar. “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. 1992-il mayın 8-də Şuşanın işğalı yaşı yüz illərlə olan tarixi və və mədəniyyət abidələrimizin məhvinə gətirib çıxardı. Əsrlər boyu Azərbaycan igidlərinin at çapdıqları Cıdır düzü düşmən tapdağı altında qaldı. 

Ən böyük Qələbəni, ən böyük məğlubiyyətdən sonra əldə edirsən. Şuşanın işğalı nə qədər acınacaqlı olsa da, 28 il sonra azad olunması daha qürurverici oldu. 28 illik həsrətdən sonra Qarabağımızın simvolu olan Xarı bülbül bu bahar üzümüzə açıldı. 28 illik işğal isə öz zərbəsini vurmuşdu. Tarixi, mədəniyyət abidələri tamamilə dağıdılmış, erməni vandallığının əsirinə çevrilən Şuşanı ilk görən hər bir azərbaycanlı özünü Şuşa qarşısında günahkar saydı. Şəhərin mərkəzində yerləşən, Qarabağ xanlığının banisi,  Şuşanın qurucularından olan Pənahəli xanın iqamətgahı olan əzəmətli sarayından əsər-əlamət qalmamışdı.  Əsrlər boyu dünyada məşhur olan, orta əsr tacirlərinin hədsiz marağına səbəb olan Qarabağ xalılarının, Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi məqsədilə yaradılan Şuşa Xalça muzeyi və bir sıra mədəniyyət obyektləri işğal dövründə ciddi dağıntılara məruz qalıblar.

Prezident İlham Əliyevin 2021-ci il 30 avqust tarixində Vaqif Poeziya Günlərinin açılış mərasiminə iştirakı bir daha Şuşanın Azərbaycan mədəniyyətində xüsusi rola malik olmasını bir daha sübut elədi.  Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı mədəni irsimizə və milli təfəkkürümüzə ehtiramın təzahürüdür. Xan sarayının üzvü olan Vaqif haqqında sovet ideologiyasının mənfi yanaşmasına baxmayaraq Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmasına nail olundu.

Atılan zəruri addımlar Şuşanın tam mənada zəngin həyatını qaytarmaqla yanaşı turizm imkanlarını genişləndirir. Zəngin təbiətli,  gözəl mənzərəyə malik coğrafi məkan kimi Şuşa hələ sovetlər dönəmində insanların diqqətini cəlb etmişdir. 28 illik işğal dövrü ərzində dağıntılara məruz qalan “Qarabağ” otelinin əsaslı təmir və bərpa olunaraq yenidən istifadəyə verilməsi bu istiqamətdə atılan addımlardandır. Yeni inşa olunacaq 150 otaqdan ibarət hotellə birgə ümumilikdə 300 otaq, böyük konfrans zalı və tədbirlərin keçirilməsi üçün yerlər Şuşanın qonaq qəbuletmə imkanlarını artıracaq. 

Görülən bərpa və abadlıq-quruculuq işləri, həyata keçirilən infrasrtur layihələr, tarixi və mədəni abidələrin bərpası, göstərilən münasibət, diqqət bir daha Şuşanın Azərbaycan şəhəri olduğunu, hər bir azərbaycanlının qəlbində bu şəhərə olan doğma münasibəti göstərir. Şuşa şəhəri 44 günlük Vətən müharibəsi dövründə dünya ictimaiyyətinə bir daha yüksək strateji əhəmiyyətə malik olması ilə tanındı. Zəfər Qələbəsindən sonra regionda beynəlxalq əhəmiyyətli layihələrin icrasına start verməklə Azərbaycan özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

İlk növbədə Şuşanın işğaldan azad olunması, Azərbaycanın qədim mədəniyyət mərkəzinin ruhunun özünə qayıtması, ədəbiyyat adamlarının bura gəlişi, Vaqif məqbərəsinin və Poeziya Günlərinin bərpası son dərəcədə böyük bir tarixi hadisədir. Bu, bizim tariximizin parlaq səhifəsidir.Əslində, Şuşanın işğaldan azad olunması gücünü əsgərlərimizə bəxş edən Şuşanın ruhu idi, tarixi idi. Şəhid edilmiş vətandaşlarımızın intiqamını almaq ehtirası idi. O qəhrəmanlığın nəticəsində poeziyamız da öz ənənəsini bərpa etdi, bu ənənə Vaqifin sözü, Şuşanın özü kimi əbədi olacaq.Hər kəsin köksündə qalibiyyətin xalqımıza bəxş etdiyi əvəzsiz sevinc hissi var. Hər kəs bu qələbəni, bu zəfəri bizlərə yaşadan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də ölməz şəhidlərimizə, sağlamlığından keçmiş qazilərimizə öz minnətdarlığını yazdığı şeirdə, oxuduğu nəğmədə ifadə etmək istəyir. Bir sözlə bu gün Şuşa bir şeir, söz çələnginə dönüb....

 

Arzu Abdullayev,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Paylaş
Baxılıb: 53 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31