Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qlobal iqlim dəyişikliyinin canlı orqanizmlərdə fəsadları üzə çıxır

Qlobal iqlim dəyişikliyinin canlı orqanizmlərdə fəsadları üzə çıxır

08.09.2021 [16:02]

“Yeniazerbaycan.com” Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, aparılan araşdırmanın nəticəsinə görə, bütün dünya üzrə havaların istiləşməsi heyvanların istiyə tab gətirmək üçün bədən üzvlərinin formalarının dəyişməsinə səbəb olub. “Trends in Ecology & Evolution” jurnalında nəşr olunan araşdırmanın nəticələrinə görə, Avstraliyadakı Deakin Universitetinin mütəxəssisləri belə bir qənaətə gəliblər ki, qlobal iqlim dəyişikliyinin təsiri ilə dünya istiləşdikcə, bədən istiliyini daha yaxşı tənzimləmək üçün isti qanlı heyvanlarda dimdik, ayaq və qulaqlar daha böyük səviyyəyə çatır. 

Mütəxəssislər aparılan geniş araşdırma nəticəsində bir çox dəyişikliklərin arxasında iqlim böhranının dayana biləcəyini aşkar ediblər. Tədqiqatçıların fikrincə, məməli heyvan növlərində də nəzərəçarpacaq dəyişikliklər baş verir. İqlim dəyişikliyinin məməlilərə təsiri ilə bağlı tədqiqatların əksəriyyəti ümumi bədən ölçüsünə yönəlsə də, bəzi tədqiqatçılar digər dəyişikliklər də müşahidə ediblər. Məsələn, yarasaların qulaq, quyruq, ayaq və qanad ölçülərinin qlobal istiləşmə səbəbindən artdığı müəyyən edilib.

Məqalə müəllifi ekoloq Sara Ridinq deyib ki, bu təkamül lazım olandan daha qısa müddətdə baş verir. Yaratdığımız iqlim dəyişikliyi onlara böyük təzyiq göstərir: “Bəzi növlər buna uyğunlaşacaq, digərləri isə təəssüf ki, uyğunlaşmayaraq məhv olacaqlar”.

Beləliklə, tədqiqatçılar, ən açıq formada dəyişikliyin quşlarda aşkarlandığını bildirirlər. Belə ki, Avstraliyadakı tutuquşu növlərində 1871-ci ildən bəri dimdik ölçülərində orta hesabla 4-10 faiz artım müşahidə edilib. Bu artım hər il yay mövsümündə baş verən orta temperatur dəyişiklikləri lə birbaşa əlaqəli görünür. Qara gözlü Şimali Amerika sərçə növünün də həddindən artıq temperaturla birlikdə daha böyük dimdik ölçülərinə malik olduğu ortaya çıxıb.

Paylaş
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31