Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakı şəhərində I sinfə elektron qeydiyyatla bağlı 10 min 693 müraciət operativ şəkildə cavablandırılıb

Bakı şəhərində I sinfə elektron qeydiyyatla bağlı 10 min 693 müraciət operativ şəkildə cavablandırılıb

08.09.2021 [16:06]

Sentyabrın 8-nə (saat 14:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 49 min 171 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 10 min 693 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1038-i məktəblərdə fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərində, 1478-i onlayn alternativ qeydiyyat mərkəzlərində (vatsap müraciətləri), 6205-i sistemin “Əlaqə” bölməsində, 1972-si isə telefon vasitəsilə cavablandırılıb.

Paylaş
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31