Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Füzuli beynəlxalq hava limanının istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirəcək

Füzuli beynəlxalq hava limanının istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirəcək

08.09.2021 [16:35]

Sentyabrın 5-də ölkəmiz üçün tarixi bir gün yaşanıb. Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq üçüşu baş tutdu. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanına enib. Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də həmin gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərinə başlayıb. Cənab Prezident, Müzəffər Ali Baş Komandan işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işlərini xüsusi diqqətdə saxlayıb, 2021-ci ilin dövlət büdcəsindən bu ərazilərin bərpası üçün 2 milyard manat vəsait ayırıb. Aparılan sürətli işlər arasında isə hava limanlarının tikintisi ön planda duran məsələlərdəndir. Çünki nəqliyyat-logistika imkanlarının yaradılması işğaldan azad edilmiş ərazilərin sürətli bərpası və gələcək inkişafı üçün vacib əhəmiyyət kəsb edir. 

Azərbaycan çox qısa müddətdə böyük işlərə imza adıb, cənab Prezidentin 2021-ci ilin yanvarın 14-də təməlini qoyduğu Füzuli Beynəlxalq Hava Limanını qısa müddətdə, hətta vaxtından əvvəl ərsəyə gətirməyi bacarıb. Füzuli hava limanının istifadəyə verilməsi Azərbaycan dövlətinin güclü iradəsini, Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərinə xüsusi diqqət yetirdiyini göstərir. Biz həm dünyaya, həm də düşmənlərə göstəririk ki, biz qaytmışıq, məqsədimiz burada yüksək səviyyəli həyat şəraiti yaratmaq, regionu inkişaf etdirmək, sülh və əmin-amanlığı təmin etməkdir.  

Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə quruculuqişlərini sürətləndirəcək. Belə ki, hava limanı həmin ərazilərin bərpa və yenidən qurulması üçün zəruri olan yüklərin daha tez və asan daşınmasına şərait yaradacaq. Eyni zamanda, liman gələcəkdə yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün geniş imkanlar açacaq, bölgədə turizmin inkişafına şərait yaradacaq. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin böyük sənaye, kənd təsərrüfatı və digər istehsal potensialını nəzərə alsaq, həmin ərazilərdə inşa olunan beynəlxalq hava limanları istehsal olunan məhsulların dünya bazarına sürətli çıxarılmasına imkan verəcək. Bütün bunlar isə regionun inkişafına böyük təkan verməklə yanaşı, investisiya cəlbediciliyini xeyli dərəcədə artıracaq. 

Bir sözlə, Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi kimi, həmin əraziləri yenidən quraraq dünyanın ən gözəl guşələrindən birinə çevirməyi də qarşısına məqsəd qoyub və bu məqsəd istiqamətində inamla irəliləyir.

Hüseyn Əmirov,

YAP Göygöl rayon təşkilatının Çaylı kənd İƏD-i üzrə nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri

 

Paylaş
Baxılıb: 90 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31