Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nəsimi rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib

Nəsimi rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib

08.09.2021 [16:47]

Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də tədbirlər həyata keçirilir. Rayonda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində 5 mərtəbəli, 4 girişli Azər Əliyev 5a və 9 mərtəbəli, 8 girişli Həsən Əliyev 1d saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanan layihəyə uyğun olaraq binaların fasadları, giriş qapıları və pilləkən qəfəsləri təmir olunub, əlil arabalarının hərəkəti üçün 4 ədəd pandus quraşdırılıb.

Görülən işlər sayəsində həyətə 1500 kvadratmetr asfalt örtüyü, 1000 kvadratmetr tamet daşı vurulub, 500 poqonometr yeni bardürlər və kiçik tullantıların atılması üçün 5 ədəd yeni zibil qutusu qoyulub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə 3 ədəd söhbətgah və 20 ədəd oturacaq qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Həyətdə işıqlandırma sistemi yenidən qurularaq 10 nöqtədə 2 lampalı işıq dirəkləri, 2 nöqtədə mühafizə kameraları quraşdırılıb.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Paylaş
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31