Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Narkomaniya və insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə işləri çərçivəsində televiziya kanallarının üzərinə mühüm vəzifələr düşür”

“Narkomaniya və insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə işləri çərçivəsində televiziya kanallarının üzərinə mühüm vəzifələr düşür”

08.09.2021 [17:17]

Bu gün bütün dünyada narkomaniyaya və insan alverinə qarşı mübarizə ən vacib, aktual məsələlərdən biridir. Mütəxəssislər qeyd edirlər ki, bu prosesdə aidiyyati dövlət strukturlarının, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərlə yanaşı, maarifləndirmə işlərinin də aparılması olduqca mühüm əhəmiyyətə malikdir.  

Ekspert Ramiz Alıyevin sözlərinə görə, hər bir ailə kiçik dövlətdir, ona görə də valideynlər və yaşca böyük olan insanlar özlərindən yaşca kiçik ailə üzvlərinə güclü nəzarət etməlidirlər. Eyni zamanda, televiziya kanalları həm insan alveri, həm də narkomaniya ilə bağlı sanballı, təsiredici maarifləndirmə işləri görməlidirlər: “Ümumiyyətlə, narkomaniya və insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə işləri çərçivəsində televiziya kanallarının üzərinə mühüm vəzifələr düşür. Bu gün Daxili İşlər Nazirliyinin sosial şəbəkəkələrdə olan səhfələrində narkomaniya və insan alveri ilə bağlı çox əhəmiyyətli maarifləndirmə işləri aparılır. Mövzu ilə bağlı maarifləndirici video-çarxların hazırlanması, bədii filmlərin, serialların çəkilməsi məqsədəmüvafiq olar. Bu il ATV kanalı ilə birlikdə narkomaniya və insan alveri ilə bağlı 6 bölümdən ibarət “İFŞA” adlı serial çəkdirdik və demək olar ki, bütün ölkənin bu serialdan xəbəri oldu. Televizayaların reytinq cədvəlində də ən reytinqli seriallardan biri oldu. Ölkə mətbuatı mütəmadi olaraq bu serial haqqında yazılar yazdı, diqqətdə saxladı. Hətta qardaş Türkiyənin 30-dan artıq media qurumunda bununla bağlı yazılar getdi. Doğrudur, bu, Azərbaycanda ilk polis serialı idi və belə proyektləri reallaşdırmaq digər seriallar kimi asan deyil. Ancaq bu cür film, serial və video-çarxlar çəkmək, sosial şəbəkələrdə müasir dövrə uyğun formada bununla bağlı maarifləndirmə işləri aparmaq mütləq lazımdır”.

Ramiz Alıyevin sözlərinə görə, bu məsələ ilə əlaqədar standart və keçmişdən qalan təbliğat formalarından çəkinmək lazımdır: “Bu gün Azərbaycanın hüquq-mühafizə orqanları və xüsusən də Azərbaycan polisi gündəlik olaraq narkomaniya və insan alveri ilə bağlı apardıqları əməliyyat tədbirləri haqqında məlumat verir. Bu məlumatlar  istər televiziyalarda, istərsə də Nazirliyin sosial şəbəkədəki hesablarında yayılır. Düşünürəm ki, maarifləndirmə işi çərçivəsində televiziyalar daha müasir verilişlər, bu sahə ilə bağlı video-çarxlar, filmlər, seriallar hazırlasalar, yaxşı nəticələr olar. Bu gün, həqiqətən, Azərbaycan polisi gərgin iş rejimində çalışır ki, bu bəladan və xalqımızı, xüsusən də gənclərimizi qorusun. Maarifləndirmə işləri ilə məşğul olmalı olan sahələr də bu istiqamətdə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər”. 

Paylaş
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31