Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / COVID-19-un daha təhlükəli yeni ştamı dünyada geniş yayılmaqdadır

COVID-19-un daha təhlükəli yeni ştamı dünyada geniş yayılmaqdadır

08.09.2021 [17:41]

“Yeniazerbaycan.com” Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, yeni növ koronavirusun (COVID-19) daha təhlükəli yeni ştamı dünyada geniş yayılmaqdadır. Belə ki, Mu” ştamı artıq ABŞ-ın əksər ştatlarında qeydə alınıb. “Daily News”un təqdim etdiyi məlumat əsasında qəzetin yaydığı xəbərə görə, yanvar ayında Kolumbiyada rast gəlinən “Mu” ştamı ABŞ-ın Havay adaları və Alyaska da daxil olmaqla, 49 əyalətində aşkar edilib. Nebraska ştatı isə yeni variantın hələ qeydə alınmadığı yeganə əyalətdir. “Delta” ştamından daha yoluxucu olduğu güman edilən və peyvəndlərə müqavimət göstərmək potensialına malik olan “Mu” variantının 384 yoluxma sayı ilə ən çox ABŞ-ın Kaliforniya ştatında aşkarlanıb.

Qəzet yazır ki, Türkiyədə də 2 nəfərdə aşkar edilən “Mu” ştamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müşahidə siyahısına daxil edilib və “təhlükəli” olaraq xarakterizə olunub. Belə ki, hələ 30 avqustda ÜST açıqlama yayaraq, “Mu” ştamının bütün digər COVID-19 variantlarından daha yoluxucu olduğu üçün nəzarət edilməsini vacib sayıb.

Paylaş
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31