Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Birinci MDB Oyunları: Azərbaycan komandası 39 medal qazanıb

Birinci MDB Oyunları: Azərbaycan komandası 39 medal qazanıb

08.09.2021 [21:14]

 Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında Azərbaycan komandası aktivinə daha 2 medal əlavə edib.

AZƏRTAC xəbər verir ki, tayboksçumuz Rəvan Ağazadə (67 kq) qızıl medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Yevgeni Fyodorençikə uduzduğuna görə gümüş medalla kifayətlənib.

Digər gümüş medalı badminton komandamız qazanıb. Turnir cədvəlini 2-ci sırada başa vuran milli komanda gümüş medala layiq görülüb.

Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 39 (11 qızıl, 9 gümüş və 19 bürünc) medal var.

Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.

Paylaş
Baxılıb: 211 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31