Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rusiya Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsini müzakirə ediblər

Rusiya Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsini müzakirə ediblər

08.09.2021 [20:26]

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi barədə danışıb.

AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya Prezidenti və Avropa Şurasının Prezidenti bu məsələni telefonla müzakirə ediblər.

“Dağlıq Qarabağ ətrafında vəziyyət nəzərdən keçirilib. Şarl Mişelin xahişi ilə Rusiya Prezidenti 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi üzrə atılan addımlar haqqında məlumat verib", -deyə məlumatda bildirilir.

Tərəflər Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər.

Paylaş
Baxılıb: 250 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31