Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi oktyabrın 15-dək Milli Məclisin təsdiqinə veriləcək

Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi oktyabrın 15-dək Milli Məclisin təsdiqinə veriləcək

08.09.2021 [21:17]

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.

O bildirib ki, növbəti addım olaraq, 2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim ediləcək.

Paylaş
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31