Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Xüsusi risk qrupunda olanlar mütləq ehtiyatlı olmalı və vaksinasiyada aktiv iştirak etməlidirlər”

“Xüsusi risk qrupunda olanlar mütləq ehtiyatlı olmalı və vaksinasiyada aktiv iştirak etməlidirlər”

09.09.2021 [08:59]

Artıq bir ildən çoxdur ki, bəşəriyyətin bəlasına çevrilən koronavirus pandemiyasına qarşı dünyada olduğu kimi, ölkəmizdə də ciddi mübarizə tədbirləri həyata keçirilir. Bu istiqamətdə peyvəndləmə prosesi də ardıcıl olaraq davam etdirilir. Mütəxəssislərin fikrincə, hazırda COVID-19-dan qorunmağın əsas yolu vaksinasiyadır.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Vəfa Ağayevanın sözlərinə görə, statistika onu göstərir ki, ağır vəziyyətdə olan koronavirus xəstələrinin çoxu peyvənd vurdurmayanlardır. O deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin yerli səhiyyə orqanları da vaksinasiya olunandan sonra belə mütləq şəkildə qorunma tədbirlərinə riayət olunmasının vacibliyini bəyan ediblər. Peyvənd vurdurandan sonra qapalı məkanlarda, kütləvi toplanma yerlərində tibbi maska taxmamaq, məsafə saxlamamaq, əl gigiyenasına əməl etməmək doğru deyil. Hazırda stasionarda və reanimasiya şöbələrində müalicə alanların böyük əksəriyyəti vaksinasiyadan keçməyənlərdir.
Mütəxəssis onu da bildirib ki, vaksinasiya olunandan sonra yoluxanlar əksər hallarda xəstəliyi ya yüngül, ya da asimptomatik keçirirlər: “Statistikaya görə, peyvəndlər yoluxma zamanı reanimasiya şöbəsində yatmaqdan və ölüm hallarından 98-99 faizə qədər qoruyur. Bütün vaksinlər yalnız qorunma tədbirlərinə əməl ediləcəyi zaman insanları yoluxmaqdan mühafizə edə bilər, yoluxduqda isə ən pis halda stasionar və ya reanimasiyada yatmağın qarşısını alır. Təbii ki, istisna hallar da var. Belə ki, yanaşı xəstəlikləri olan bəzi vətəndaşlar iki dozanı qəbul etdikdən sonra belə koronavirusa yoluxduqları zaman onların stasionarda müalicə almalarına ehtiyac yaranır. Ona görə də xüsusi risk qrupunda olanlar mütləq ehtiyatlı olmalı və vaksinasiyada aktiv iştirak etməlidirlər”.
“Qorunma tədbirləri vaksinasiyadan əvvəl nə qədər əhəmiyyətli idisə, indi də bir o qədər vacibdir. Elə vətəndaşlar var ki, vaksin vurdurmazdan əvvəl və vurdurduqdan sonra qorunma tədbirləri hesabına hələ də COVID-19-a yoluxmayıblar. Bu da üç “qızıl qayda”nın necə əhəmiyyətli olduğunu bir daha göstərir”, - deyə Vəfa Ağayeva vurğulayıb.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 44 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31