Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Koronavirusun yeni ştamının əsas simptomları elan edilib

Koronavirusun yeni ştamının əsas simptomları elan edilib

09.09.2021 [12:07]

“Yeniazerbaycan.com” Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, mütəxəssislər yeni növ koronavirusun (COVID-19)“Delta” ştamından daha yoluxucu olduğu güman edilən və peyvəndlərə müqavimət göstərmək potensialına malik olan “Mu” ştamının ən çox yayılmış simptomlarını təsvir ediblər. “British Express” qəzetinə istinadən yayılan xəbərə görə, ingilis alimlər  “Mu”nun ən çox görülən 3 simptomunu elan ediblər. “Mu” ştamına yoluxan insanlarda ən çox görülən simptomlar yüksək hərarət, uzunmüddətli öskürək və dad və ya iybilmə duyğularının itirilməsidir.

Ancaq mütəxəssislər bunların ən çox müşahidə edilən simptomlar olduğunu vurğulayaraq, digər ştamlarda da ortaya çıxan simptomların tam siyahısını veriblər: baş ağrısı, titrəmə, qeyri-adi yorğunluq, boğaz ağrısı, dəridə səpki, ağızda və ya dildə dəyişikliklər, barmaqlarda və ya ayaqlarda qızartı və ağrıların olması, nəfəs çatışmazlığı, sinə ağrısı, əzələ ağrıları, səsin tutulması, ishal, iştahasızlıq, qarın ağrısı, burun axması və asqırma.

Paylaş
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31