Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Suraxanı təşkilatının nümayəndələri şəhid övladının doğum günündə iştirak ediblər

YAP Suraxanı təşkilatının nümayəndələri şəhid övladının doğum günündə iştirak ediblər

09.09.2021 [12:54]

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş, Vətən müharibəsi şəhidi, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medaları ilə təltif olunmuş baş leytenant Mixail Hamlet oğlu Həmidovun ailəsini ziyarət etmişlər. Təşkilatın aparat rəhbəri vəzifəsinin səlahiyyətini icra edən Salman Əbdülov təşkilat adından şəhidin 12 yaşı tamam olan qızı Mədinəni doğum günü münasibətilə təbrik edib.

Ailənin qayğıları ilə maraqlanan təşkilat nümayəndələri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıblar. 

Şəhid Mixail Həmidovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Paylaş
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31