Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər

YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər

09.09.2021 [14:09]

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda yaralanmış Vətən övladlarını daim diqqətdə saxlayır. Vətən müharibəsində yaralanmış qazilər təşkilat üzvləri tərəfindən növbəti dəfə ziyarət edilib. Ziyarətdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və təşkilatın nümayəndələri iştirak ediblər.
Belə ki, rayon təşkilatının nümayəndələri Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə yaralanmış Ağasbəyli kənd sakini Həsənov Vüqar Asim  oğlunu ziyarət ediblər. Bildirilib ki, qazimiz Xocavənd istiqamətində gedən döyüşlərdə tankçı olaraq iştirak edib, döyüş zamanı ağır yaralanıb.
Keçirilən görüşlərdə qeyd olunub ki, 44 günlük Vətən müharibəsi Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi.
Qazilər və ailə üzvləri dövlət tərəfindən onlara göstərilən qayğıdan razılıqlarını bildiriblər.
MÜŞFiQƏ
Paylaş
Baxılıb: 147 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31