Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Alimlər COVID-19 xəstəliyinin gedişatına təsir edən genləri müəyyən ediblər

Alimlər COVID-19 xəstəliyinin gedişatına təsir edən genləri müəyyən ediblər

09.09.2021 [14:38]

“Yeniazerbaycan.com”un Rusiyanın “Qazeta.ru” xəbər portalına istinadən yaydığı məlumata görə, yeni növ koronvirusa (COVID-19) yoluxmuş insanda xəstəliyinin gedişi zamanı MAPT, CCR5 və PIGN genləri insanın ciddi COVID-19 həssaslığına təsir edə bilər. Bu barədə "Frontiers in Medicine" elmi jurnalında dərc olunan elmi araşdırmanın müəllifləri məlumat veriblər. “ MAPT, CCR5 və PIGN həm orta-ağır COVID-19 riski, həm də xəstəxanaya yerləşdirmə riski ilə əlaqələndirilir. MAPT geni həm də demansiyanın inkişafı ilə əlaqəli olduğundan, bu genin irsi variantlarının insanın COVID-19 xəstəliyindən sağalma dövründən sonrakı nəticələrə təsir etməsi mümkündür. Buna görə də PIGN geninin funksiyasının müvəqqəti olaraq dayandırılması SARS-CoV-2-ni məhv etməyə və cəmiyyəti normal həyata qaytarmağa kömək edə bilər”, - deyə “Atlas” Biomedikal Holdinqinin elmi direktoru, Corc Meyson Universitetinin professoru, biologiya elmləri doktoru Ança Baranova bildirib.  

Elmi tədqiqat işinin gedişində alimlər genom analizi aparıblar və onu digər bioinformatik tədqiqatlarla tamamlayıblar. Tədqiqat müəllifləri əmindirlər ki, əldə edilən məlumatlar COVID-19-a qalib gəlmək üçün məqsədyönlü dərmanların hazırlanmasına kömək edə bilər.

Paylaş
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31