Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və ADA Universiteti Anlaşma Memorandumu imzalayıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və ADA Universiteti Anlaşma Memorandumu imzalayıb

09.09.2021 [14:54]

Sentyabrın 9-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və ADA Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və universitetin İcraçı prorektoru Fariz İsmayılzadənin imzaladığı memorandumun əsas məqsədi agentliyin universitetlə əməkdaşlığının genişləndirilməsi çərçivəsində tələbələrə dəstək olmaq, o cümlədən karyera hazırlığı, kadrların peşəkar inkişafı, tələbəyönümlü və digər layihələrə dəstək sahəsində birgə fəaliyyətə töhfə verməkdir.

Qeyd edək ki, tərəflər arasında imzalanan memorandum çərçivəsində bir sıra layihə və təlimlərin təşkil olunması nəzərdə tutulur. Bura universitetin ixtisasartırma və digər təlim proqramlarında agentliyin əməkdaşlarının, eləcə də universitet tələbələrinin agentliyin sağlam həyatın təşviqi mövzusunda keçirdiyi layihələrdə, təcrübə proqramlarında iştirakı, həmçinin birgə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi daxildir. Bununla yanaşı, agentlik və universitet müvafiq ekspertləri cəlb etməklə birgə təcrübə mübadiləsi proqramlarının və konfransların təşkilini, habelə elmi məqalələrin hazırlanmasını həyata keçirəcək. Eyni zamanda agentlik ADA universitetinin Karyera İdarəetmə Mərkəzi ilə əməkdaşlıq müddətində istedadlı və təşəbbüskar tələbələri müxtəlif təlim və layihələrə cəlb edərək onların bilik və bacarıqlarının artırılmasına dəstək olacaq.

Tədbirdə, həmçinin agentliyin İnsan resurslarının idarəedilməsi və inkişafı departamentinin rəhbəri Müşfiq Əmircanov, Beynəlxalq əlaqələr departamentinin məsləhətçisi Ülvi Salahov, ADA Universitetinin Fondunun Prezidenti Natiq Hacıyev və Universitetin Karyera İnkişaf Mərkəzinin mütəxəssisi Təranə Aslanova iştirak ediblər.

Paylaş
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31