Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Müşfiq Məmmədli: Sumqayıtın ölkəmizin qeyri-neft sənayesinin inkişafında özünəməxsus yeri var

Müşfiq Məmmədli: Sumqayıtın ölkəmizin qeyri-neft sənayesinin inkişafında özünəməxsus yeri var

09.09.2021 [16:31]

"Prezident İlham Əliyevin regionlara səfəri hər zaman mühüm hadisələrlə müşayiət olunur. Bu mənada, ölkə başçısının sentyabrın 3-də Sumqayıt şəhərinə səfəri də şəhərimiz üçün bir sıra yeniliklərlə yadda qaldı. Ümumiyyətlə, Sumqayıt şəhərinin timsalında Azərbaycanın regionlarının sosial-iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirildiyinin bir daha şahidi oluruq".

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, iki ilə yaxındır ki, davam edən COVID-19 pandemiyasının dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, Azərbaycan regionda iqtisadi inkişaf dinamikasını və investisiya cəlbediciliyini qoruyub saxlamağı bacarıb. Bunun əsasını isə Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu iqtisadi siyasət təşkil edir. "Vurğulamaq lazımdır ki, bu ilin ilk altı ayında ölkəmizdə qeyri-neft sənayesində yüksək artımın olması sənayeləşmə istiqamətində atılan addımların müsbət nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə strategiyası qeyri-neft sektorunun davamlı inkişafını təmin edir ki, bu da xaricdən idxalın əhəmiyyətli dərəcədə azaldılmasına gətirib çıxarır. Bu mənada, Sumqayıtın ölkəmizin qeyri-neft sənayesinin inkişafında özünəməxsus yeri var. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət kursu nəticəsində Sumqayıt Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən birinə çevrilib. Sumqayıtda yüksək ekoloji standartlara cavab verən müəssisələr yaradılıb, bununla da yerli istehsal təmin olunub. Sumqayıt Kimya Sənaye Parkında istehsal olunan sənaye məhsullarının ixracyönümlü olması ölkəmizin ixrac potensialının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Səfəri zamanı cənab Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında "Azmonbat" MMC-nin açılışını həyata keçirməsi ölkəmizdə sənayeləşmə prosesinin ardıcıl davam etdirilməsi, həmçinin qeyri-neft sənayesinin inkişafına verilən töhfə kimi qiymətləndirilməlidir. Sumqayıt Kimya Sənaye Parkında 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan 17-si istehsala başlayıb. 17-ci rezident məhz "Azmonbat" MMC-dir və bundan sonra 7 rezidentin də fəaliyyətə başlaması nəzərdə tutulur. Bu günə qədər Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin olunub", - deyən millət vəkili onu da vurğulayıb ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurların əsasında düzgün qurulmuş və milli maraqlara xidmət edən dövlət siyasəti dayanır. Bununla yanaşı, şaxələndirilmiş iqtisadi siyasət, vətəndaşların sosial rifahının yüksəldilməsi və sabitlik amili müstəqil Azərbaycanın regionun aparıcı iqtisadi-siyasi aktoruna çevrilməsində, 44 günlük Vətən müharibəsində qazanılan qələbədə mühüm rol oynayıb.

Paylaş
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31