Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Soyuqdəymədən qorunmaq üçün hansı vitamin və minerallar tövsiyə edilir?

Soyuqdəymədən qorunmaq üçün hansı vitamin və minerallar tövsiyə edilir?

09.09.2021 [16:52]

“Yeniazerbaycan.com”un Rusiyanın “Lenta.ru” xəbər portalına istinadən yaydığı məlumata görə, "RJD-Mediçina" Mərkəzi Klinik Xəstəxanasının qidalanma mütəxəssisi Anna Basova immuniteti gücləndirmək və soyuqdəymədən qorumaq üçün payızda qəbul edilməli vitamin və mineralları sadalayıb. 

Mütəxəssisin fikrincə, vitaminlər iki növə bölünür: yağda həll olunan (A, D, E, K) və suda həll olunan (C, B). Onun sözlərinə görə, yaz aylarında bədən təzə tərəvəz və meyvələrlə birlikdə suda həll olunan vitaminlər qəbul edir: “Soyuq mövsümdə onlar yetərli olmaya bilər, buna görə də süni şəkildə tarazlığı qorumaq lazımdır. Yağda həll olunan vitaminlərə gəlincə, onlara olan ehtiyac mövsümdən asılı deyil”. 

A.Basova deyib ki, vitaminlərə əlavə olaraq bəzi mikroelementlər də immuniteti gücləndirir: “Mikroelementlərdən daha çox sink istifadə etməyi, bu məsələyə ciddi yanaşmağı məsləhət görürəm. Həkimə müraciət edin, biokimyəvi qan testi edin və ya saçdakı mikroelementlərinin tərkibini yoxlatdırın”.

Paylaş
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31