Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ramiz Hüseynov: Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayanır

Ramiz Hüseynov: Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayanır

09.09.2021 [17:03]

"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti vətəndaşların sosial rifahının yüksəldilməsində xüsusi əhəmiyyət daşımaqdadır. Vurğulamaq lazımdır ki, iki ilə yaxındır koronavirus infeksiyası ilə bağlı dünya iqtisadiyyatında müəyyən geriləmələr baş versə də, ölkəmizdə heç bir sosial layihə təxirə salınmadı. Azərbaycan dövləti bütün vətəndaşların, ən əsası isə həssas kateqoriyadan olan vətəndaşların sosial problemlərinin həlli istiqamətində əsaslı addımlar atdı. Qeyd edim ki, ölkəmizdə güzəştli mənzil layihəsi çərçivəsində görülən işlər də olduqca uğurlu nəticələrə yol açıb. Yeri gəlmişkən, cənab Prezidentimiz sentyabrın 3-də Sumqayıt şəhərinə səfəri çərçivəsində növbəti yaşayış kompleksinin təməlini qoydu".

Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Ramiz Hüseynov deyib. Onun sözlərinə görə, bu, dövlətimizin apardığı siyasətin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiqləyir. "Bu layihə vətəndaşların mənzillə təminatında olduqca böyük əhəmiyət daşıyır. Vurğulamaq yerinə düşər ki, bu istiqamətdə regionda inşa olunmuş ilk layihə də Sumqayıt şəhərində həyata keçirilib. Hazırkı layihə 2 hektar ərazini əhatə edir, mənzillərin ümumi sayı isə 466-dır. Ərazidə, həmçinin 90 yerlik uşaq bağçası da inşa ediləcək. Qeyd edilməlidir ki, vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olacaq. Atılan addımlar Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə yüksək dərəcədə diqqət, qayğı və həssaslıqla yanaşmasının növbəti təzahürüdür. Bu, bir daha sübut edir ki, Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayanır", - deyə YAP İdarə Heyətinin üzvü bildirib.

Paylaş
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31